Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub. Nizami Rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025