Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. FHN-in yaydığı məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub. Metal konstruksiyalardan ibarət anbarda təqribən 70 kvadratmetr sahədə yanğın müşahidə olunub. Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb
Bütün hüquqlar qorunur © 2024