Ərzaq mağazasında "patı" satanlar tutuldu

Təqvim
Ərzaq mağazasında "patı" satanlar tutuldu
25 noyabr 2021 - 11:44

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

 

Həmin şəxsin icarə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

 

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

 

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Azərbaycan daha bir ermənini TƏHVİL VERDİ19:27, 27 noyabr 2021
Koronavirusun yeni növünə yoluxma aşkar edildi 19:13, 27 noyabr 2021
Gülağa Tənha : Növbəti özül tökmə19:08, 27 noyabr 2021
Sarkisyanla Paşinyanın istefası tələb olundu 18:58, 27 noyabr 2021
18 yaşlı qız özünü binadan atdı 18:41, 27 noyabr 2021
Kürdəmirdə mikroavtobus aşdı 16:36, 27 noyabr 2021
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi +VİDEO15:30, 27 noyabr 2021
21 yaşlı oğlan intihar etdi 11:36, 27 noyabr 2021
Gorus-Qafan yoluna görə Ermənistanda yanacaq bahalaşacaq 11:14, 27 noyabr 2021
3 yaşlı uşağın babası bioloji atası çıxdı 11:02, 27 noyabr 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!18:52, 26 noyabr 2021
“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan18:26, 26 noyabr 2021
Soçidə Əliyev, Putin və Paşinyanın görüşü başladı +VİDEO18:21, 26 noyabr 2021
İrəvanda Azərbaycan əleyhinə mitinqlər davam edir 17:03, 26 noyabr 2021
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər 16:54, 26 noyabr 2021
Qarabağda məhv edilən terrorçuya abidə qoyuldu 14:22, 26 noyabr 2021
Daha 2 erməni Ermənistana təhvil verildi 14:05, 26 noyabr 2021
İsraildə COVİD-19-un yeni növü aşkar edildi 13:46, 26 noyabr 2021
"Qarabağ"ın azarkeşləri möhtəşəm xareoqrafiya nümayiş etdirdilər 12:00, 26 noyabr 2021
Şimalİ Koreyada liderin paltosundan geyinmək QADAĞAN OLUNDU19:31, 25 noyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə