Təqvim
Zooloji parkda şir balası dünyaya gəlib
27 dekabr 2021 - 20:51

Bu yaxınlarda Bakı Zooloji Parkında yaşayan şirlərdən birinin balası dünyaya gəlib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şəraiti ilə tanış olub.

Anası təcrübəsiz olduğundan və balasına baxa bilmədiyindən yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yerləşən şirlərin sayı 5-ə çatıb.

Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı cari ilin oktyabr ayında qapılarını yenidən ziyarətçilərə açmışdır. Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, suni göl və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooparkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Belə ki, zooparkının əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyaların artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün əlverişli şərait yaradılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Kişini elektrik cərəyanı vuraraq öldürüb 16:18, 21 may 2022
Əli Əsədov lotereya və idman mərc oyunları təşkilatçıları ilə bağlı qərar imzaladı 16:15, 21 may 2022
Bayden Ukraynaya 40 milyardlıq yardım paketini İMZALADI 16:12, 21 may 2022
200 kəsiri olan tələbəni məhkəməyə verdilər 13:58, 21 may 2022
ALLAH ADAMI13:27, 21 may 2022
Ermənistan Prezidenti İsveçrəyə getdi 12:45, 21 may 2022
İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək 18:59, 20 may 2022
Gülağa Tənha - Ölkənin birnci şəxslərinin sərəf və ləyaqətinə hörmətdən danışdı 18:40, 20 may 2022
Dünyanın ən bahalı avtomobili satıldı 18:37, 20 may 2022
ÜST “Meymun çiçəyi”nə görə təcili toplanır 18:35, 20 may 2022
Əli Əsədov: "Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir" 18:26, 20 may 2022
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib 13:36, 20 may 2022
Rusiyada 12 hərbi komissarlıq yandırılıb 19:07, 19 may 2022
İran Prezidenti İlham Əliyevi səfərə dəvət ETDİ19:04, 19 may 2022
Əlillik bu hallarda müddətsiz müəyyən ediləcək - QƏRAR17:44, 19 may 2022
Gülağa Qənbərov : Əli İnsanov , Sizin " Heydər Əliyev Fondu " sözünü dilə gətirməyə mənəvi haqqınız yoxdur ! 17:22, 19 may 2022
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 17:07, 19 may 2022
Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN12:53, 19 may 2022
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi 22:21, 18 may 2022
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN22:18, 18 may 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə