Təqvim
Eldəniz Səlimova 3 il 6 ay hökm oxundu
27 dekabr 2021 - 17:55

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam etdirilib.

 

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub. 

 

Məhkəmənin qərarı ilə, Eldəniz Səlimov müəyyən vəzifə tutmaq hüququndan 2 il 6 ay müddətinə məhrum edilir.

 

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

 

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək 23:37, 23 sentyabr 2022
Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək 23:34, 23 sentyabr 2022
İsraildə erməni təxribatlarına etiraz edildi 23:33, 23 sentyabr 2022
NADİR AĞAYEV – 87 Akif Ağayev, +FOTO=1511:26, 23 sentyabr 2022
Gülağa Tənha: QƏLƏMİM17:55, 22 sentyabr 2022
Onlar Putinin qohumu ilə dəyişdirildilər 17:49, 22 sentyabr 2022
Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər 17:47, 22 sentyabr 2022
Sürücülük imtahanları belə təşkil ediləcək 17:45, 22 sentyabr 2022
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi 17:42, 22 sentyabr 2022
Gülağa Tənha: NƏRGİZİM22:21, 21 sentyabr 2022
Nijni Novqorod - Yerevan təyyarəsində sərnişin öldü 22:19, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib +FOTO=522:15, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb +FOTO=2521:39, 21 sentyabr 2022
İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub +FOTO=821:25, 21 sentyabr 2022
Masallıda “44 gün - Tarixi zəfər” adlı üç­cild­li­yin ilk cildinin təqdimatı Akif Ağayev, +FOTO=921:04, 21 sentyabr 2022
Gülağa Tənha: HARDA QALDI KƏPƏNƏYİM?..21:17, 20 sentyabr 2022
Masallıda uşaq birliyi təşkilatı rəhbərləri ilə görüş Akif Ağayev, +FOTO=320:19, 20 sentyabr 2022
Masallıda “Şanlı tariximiz” adlı tədbir keçirilib Akif Ağayev, +FOTO=418:52, 20 sentyabr 2022
Masallı idmançışı professional qəfəs döyüşündə ikinci yerin sahibidir Akif Ağayev, +FOTO=618:08, 20 sentyabr 2022
Masallı gənclərinin “Media savadlılığı” mövzusunda təlimi Akif Ağayev, +FOTO=317:30, 20 sentyabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə