Təqvim
Erməni deputatın verdiyi sual Paşinyanı hiddətləndirdi +VİDEO
29 oktyabr 2021 - 12:33

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb.

 

“Ermənistan” fraksiyasından olan deputat Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi barədə sualları Paşinyanı özündən çıxarıb.

 

“O zaman sizin şefinizin hesabında neçə milyon var idi. Bunu niyə demirsiniz. Bu pulları o düzgün yolla qazanmışdı, yoxsa ordudan oğurlamışdi?”, - deyə Paşinyan hiddətlənib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə