Xeyriyyəçi-şair Gülağa Tənhanın “Azərbaycana bağlıyam“ adlı kitab təqdimatı keçirilmişdir. Müəllifin on cildlik kitablarının beş cildi oxuculara təqdim olundu. Təqdimat mərasiminə Azərbaycanın tanınmış simaları, elm və incəsənət xadimləri iştirak etmişdir. Video link bölməsində tədbirin anonsu, Pontamim teatrının çıxışı və Xalq artisti Məsum İbrahimovun “Qarabağ” qəzəlini ifa etməsini izləyə bilərsiniz. Heyran etmiş hamını ruhu saran şərqilərin, Çox olub xoş günümüz, növrağımız qoynunda, Tarixin dəftərinə yazmısan öz adını sən, Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım, Qaniçən yağı dilər ki, səni bizdən ayıra, Millətim birləşərək yurdumu azad edəcək, Gülağa Tənha
Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.
Bütün hüquqlar qorunur © 2025