Nazirliyin qarşısında əlillik təyinatına etiraz edən şəxs yanğın törətdi

Təqvim
Nazirliyin qarşısında əlillik təyinatına etiraz edən şəxs yanğın törətdi
25 oktyabr 2021 - 22:40

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında insident baş verib. Əlillik təyinatı ilə bağlı etiraz edən şəxs ətrafı yandırmağa çalışıb.

 

Məsələ barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, nazirliyin qarşısına gələrək ona təkrar əlillik təyin edilmədiyinə görə narazılıq bildirən Bakı şəhər sakini Miriyeva Dilarə Qəzənfər qızı əslində əlil olmadığı halda altı ildə dövlətdən pensiya formasında 12 800 manat (sonuncu aylıq məbləği 260 manat) vəsait əldə edib:

 

“2021-ci ilin iyunun 9-da əlillik müddəti bitən D.Miriyeva barədə tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş (forma 88) əsasında onun əlilliyi təkrar qiymətləndirilib.

 

Göndərişdəki diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunub və əlillik təyin edilməyib.

 

Bununla razılaşmayan D.Miriyevanın müraciəti nəzərə alınaraq oktyabrın 7-də həkim-ekspertlər tərəfindən onun əyani müayinəsi aparılıb.

 

Lakin müayinə zamanı da D.Miriyevanın hazırkı vəziyyətinin əlillik səviyyəsində olmadığı bir daha təsdiqini tapıb və əlillik təyinatından imtina edilməsinə dair qərar qüvvədə saxlanılıb.

 

Belə olan halda D.Miriyeva sağlamlıq vəziyyəti əlillik təyin olunmasına əsas yaratmasa da, ona əlillik və pensiya təyin edilməsini tələb etməyə başlayıb.

 

Nazirlik qarşısında ətrafı yandırmaq cəhdinə isə hüquqi qiymət veriləcək”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Azərbaycan daha bir ermənini TƏHVİL VERDİ19:27, 27 noyabr 2021
Koronavirusun yeni növünə yoluxma aşkar edildi 19:13, 27 noyabr 2021
Gülağa Tənha : Növbəti özül tökmə19:08, 27 noyabr 2021
Sarkisyanla Paşinyanın istefası tələb olundu 18:58, 27 noyabr 2021
18 yaşlı qız özünü binadan atdı 18:41, 27 noyabr 2021
Kürdəmirdə mikroavtobus aşdı 16:36, 27 noyabr 2021
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi +VİDEO15:30, 27 noyabr 2021
21 yaşlı oğlan intihar etdi 11:36, 27 noyabr 2021
Gorus-Qafan yoluna görə Ermənistanda yanacaq bahalaşacaq 11:14, 27 noyabr 2021
3 yaşlı uşağın babası bioloji atası çıxdı 11:02, 27 noyabr 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!18:52, 26 noyabr 2021
“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan18:26, 26 noyabr 2021
Soçidə Əliyev, Putin və Paşinyanın görüşü başladı +VİDEO18:21, 26 noyabr 2021
İrəvanda Azərbaycan əleyhinə mitinqlər davam edir 17:03, 26 noyabr 2021
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər 16:54, 26 noyabr 2021
Qarabağda məhv edilən terrorçuya abidə qoyuldu 14:22, 26 noyabr 2021
Daha 2 erməni Ermənistana təhvil verildi 14:05, 26 noyabr 2021
İsraildə COVİD-19-un yeni növü aşkar edildi 13:46, 26 noyabr 2021
"Qarabağ"ın azarkeşləri möhtəşəm xareoqrafiya nümayiş etdirdilər 12:00, 26 noyabr 2021
Şimalİ Koreyada liderin paltosundan geyinmək QADAĞAN OLUNDU19:31, 25 noyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə