İngiltərədə aparılan araşdırmalarda koronavirus xəstələrinin beynindəki "boz maddə" adlanan bölgədə büzülmə və hüceyrə ölümü aşkarlanıb. Bu barədə Türkiyə Sağlamlıq Elmləri Universiteti Gülhane Təhsil və Araşdırma Xəstəxanasının yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümid Savaşçı deyib. O, "Covid-19"un təsirləri ilə əlaqədar İngiltərədə çox əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Beyində yaranan kiçilmə və hüceyrə ölümü gələcəkdə həm MS (Multipl skleroz - dağınıq skleroz), həm də Altsheymer xəstələrinin sayının artmasına səbəb ola bilər.
Bütün hüquqlar qorunur © 2023