Piyadaları yağış suyu ilə isladanlar cəzalandırılacaq

Təqvim
Piyadaları yağış suyu ilə isladanlar cəzalandırılacaq
02 oktyabr 2021 - 13:10

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

 

Qurumdan  verilən məlumatda bildirilib ki, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib. Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir:

 

"Avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

 

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Cəbrayılda tikinti aparan şəxs minaya düşdü 17:40, 29 noyabr 2021
Mağazada saxta spirtli içkilər aşkarlandı 17:20, 29 noyabr 2021
Prezident İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsi 13:41, 29 noyabr 2021
Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn edildi 12:27, 29 noyabr 2021
Azərbaycan daha bir ermənini TƏHVİL VERDİ19:27, 27 noyabr 2021
Koronavirusun yeni növünə yoluxma aşkar edildi 19:13, 27 noyabr 2021
Gülağa Tənha : Növbəti özül tökmə19:08, 27 noyabr 2021
Sarkisyanla Paşinyanın istefası tələb olundu 18:58, 27 noyabr 2021
18 yaşlı qız özünü binadan atdı 18:41, 27 noyabr 2021
Kürdəmirdə mikroavtobus aşdı 16:36, 27 noyabr 2021
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi +VİDEO15:30, 27 noyabr 2021
21 yaşlı oğlan intihar etdi 11:36, 27 noyabr 2021
Gorus-Qafan yoluna görə Ermənistanda yanacaq bahalaşacaq 11:14, 27 noyabr 2021
3 yaşlı uşağın babası bioloji atası çıxdı 11:02, 27 noyabr 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!18:52, 26 noyabr 2021
“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan18:26, 26 noyabr 2021
Soçidə Əliyev, Putin və Paşinyanın görüşü başladı +VİDEO18:21, 26 noyabr 2021
İrəvanda Azərbaycan əleyhinə mitinqlər davam edir 17:03, 26 noyabr 2021
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər 16:54, 26 noyabr 2021
Qarabağda məhv edilən terrorçuya abidə qoyuldu 14:22, 26 noyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə