Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. Ölkəmizin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə məhkəməyə müraciət etdiyi bildirilib. Məlumata görə, müvafiq iddia ərizəsində Ermənistanın azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətlərinə yol verdiyi və buna davam etməkdə olduğu qeyd edilib. Həmçinin, vurğulanıb ki, Azərbaycan son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri uğursuz olduğundan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və qurumdan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edib.
Bütün hüquqlar qorunur © 2024