Meksikada doğum gününə göndərilmiş hədiyyə paketinə bomba qoyulub. Hadisə Quanacuata vilayətinin Salamanka şəhərində baş verib. Belə ki, bir restoranda doğum günü şənliyi təşkil edən iş yeri sahibinə göndərilən bombalı hədiyyənin açılması iki nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olub. Partlayışda ölənlərdən biri doğum gününü qeyd edən məkan sahibidir. Hücumla əlaqədar istintaq başladılıb.
Bütün hüquqlar qorunur © 2025