Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Hadisə bulvarda baş verib. 1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizkənarında gəzərkən suya atıb. R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməksaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib. Suda boğulma təhlükəsi ilə üzləşən qız 3 saylı şəhər xəstəxanaya çatdırılıb.APA
Bütün hüquqlar qorunur © 2025