Təqvim
Reket baş redaktor 6 il HƏBS!.. - O dəyişdimi?
14 sentyabr 2021 - 20:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Cəfər Cəfərov, Sevinc Məmmədsalayeva, Fatmaxanım Aslanova və Bəsti Rəcəblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. Cəfərov və S. Məmmədsalayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
 

F. Qasımova və B. Rəcəbliyə isə 4 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən baş redaktor bu materialları KİV-də yayacağı hədəsi ilə 5000 manat tələb edib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.

 

Mənbə:Femida.az http://femida.az/az/news/42344/Reket-ba%C5%9F-redaktora-6-il-h%C9%99bs---FOTO

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Şəhid Sübhan Həsənovun xatirəsi ehtiramla anılıb Akif Ağayev +FOTO=518:17, 07 dekabr 2022
Masallı RİH başçısı Bədəlanda quruculuq işləri ilə tanış olub Akif Ağayev +FOTO=617:59, 07 dekabr 2022
Qatarlar toqquşdu: 155 nəfər xəsarət aldı16:24, 07 dekabr 2022
Gülağa Tənha: HARDASAN13:44, 07 dekabr 2022
İlham Əliyev “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib +FOTO=1713:37, 07 dekabr 2022
Gülağa Tənha: DÜNYAYA XİTAB09:48, 07 dekabr 2022
STEAM Azərbaycan Festivalında Masallını 3 komanda təmsil edir Akif Ağayev +FOTO=320:32, 06 dekabr 2022
“Azərbaycanın əbədi parlaq günəşi” Akif Ağayev+FOTO=220:19, 06 dekabr 2022
Masallıda Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir Akif Ağayev +FOTO=319:51, 06 dekabr 2022
“Heydər Əliyev və müasir Azərbaycan” Akif Ağayev +FOTO=419:25, 06 dekabr 2022
"Slava Ukraini" yazılan sikkə dövriyyəyə buraxıldı 18:16, 06 dekabr 2022
DSX Akademiyasının binasında YANĞIN17:16, 06 dekabr 2022
Gülağa Tənha: QARA GÖZLÜM11:56, 06 dekabr 2022
Tokioda su anbarı partladı 11:49, 06 dekabr 2022
Masallı məktəblilərinin rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri Akif Ağayev +FOTO=421:01, 05 dekabr 2022
Ümumtəhsil məktəblərinin Respublika birinciliyinin rayondaxili yarışları Akif Ağayev +FOTO=720:36, 05 dekabr 2022
Gülağa Tənha: BİLSƏN17:40, 05 dekabr 2022
Yaşayış binasında partlayış oldu 10:37, 05 dekabr 2022
Masallıda məktəblilərin IT biliklərinin artırılması üçün dərnəklərə start verilib Akif Ağayev +FOTO=510:31, 05 dekabr 2022
Azərbaycan XİN İrana nota verdi18:33, 03 dekabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə