Təqvim
Şəhriyar 1/4 finalda Aronyana məğlub olub
02 sentyabr 2021 - 09:50

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsində məğlub olub.

Turnirin pley-off mərhələsinin cavab oyunlarında ermənistanlı Levon Aronyana 1:2 hesabla uduzan təmsilçimiz yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, dörddəbir finalın ilk qarşılaşmasında şahmatçımız rəqibinə 1:3 hesabla məğlub olmuşdu.

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess USRapid” turniri sentyabrın 5-dək davam edəcək. 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə