Təqvim
Xəstəxanada maska taxmayan qeydiyyatçı işdən azad olunub
01 sentyabr 2021 - 14:15

Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada qeydiyyatçının tibbi maskadan istifadə etməməsi barədə videomaterial tərəfimizdən araşdırılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək işdən azad edilib:

"Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".Azvision

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə