Təqvim
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə
16 yanvar 2021 - 18:49

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Teleqraf.com-un suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

- Virusa yoluxub, sağalan şəxslərin vaksinasiyası planlaşdırılırmı?

- Bizim e-təbib sistemində proqram üzərindən 6 ay öncə xəstəliyə yoluxan insanlara bildiriləcək ki, 6 ay əvvəl xəstəliyi keçirib. Hazırda, indiki mərhələdə həmin şəxslərin vaksinasiyasına ehtiyac yoxdur.

 

- Bəs bu şəxslərin vaksinasiyası nə zaman başlayacaq?

- Bu, könüllüdür. Yoluxma müddəti 6 aydan tezdirsə, ona peyvənd vurmayacağıq.

 

- Xəstəliyi keçirdikdən sonra antikorlar nə qədər müddət təsirini saxlayır?

- Xəstəlik yeni olduğu üçün, hələ heç birimiz bilmirik ki, xəstəlikdən sonra immunitet nə qədər müddət qoruyur. Biz bunun 6 ay olduğunu düşündüyümüz üçün, o şəxsləri hələlik növbəti mərhələyə saxlayırıq. Lakin bu müddət insanın individual immunitet sistemindən asılıdır. Elə insan var ki, xəstəliyə yoluxsa da, antikoru inkişaf etmir. Elə adam da var ki, onda antikor ömürlük ola bilər.

 

- Vaksin üçün cəlb olunacaq könüllülər necə müraciət etməlidirlər? Proses necə baş tutacaq?

- Birinci mərhələdə strategiyada qeyd olunanlar ilk olaraq vaksinasiyaya cəlb ediləcək. Qeydiyyat həm onlayn qaydada randevu sistemi ilə aparılacaq. Eyni zamanda, ilk mərhələdə könüllülərin yaşlı insanlar olduqlarını nəzərə alaraq, ərazi poliklinikalarının həkimləri işə cəlb olunaraq, bu şəxslərlə əlaqə saxlayacaqlar. Burada çağrı mərkəzi fəaliyyət göstərəcək ki, yaşlı insan randevuda çətinlik çəkirsə köməklik edilsin. Tibb işçiləri arasında randevu problemi yoxdur, çünki onlar işlədikləri yerdə vaksinasiya olunacaqlar.

 

- Ölkəmizə nə qədər vaksin gətiriləcək?

- Peyvəndlər ölkəmizə mərhələli şəkildə gətiriləcək. 4 milyon doza sifariş verilib. Vaksinlər yoxlama mərhələlərindən keçiləcək, bu, zaman tələb edən bir şeydir. 4 milyon vaksinin müəyyən hissəsi artıq Azərbaycandadır.

 

- Vaksinin hansı yan təsirləri ola bilər?

- Qızdırma, başa ağrısı, əzələ ağrısı kimi simptomlar yan təsir sayılmır. Bu, vaksinin normal təsiri sayılır. Yüngül qızdırma ola bilər, lakin bu peyvənddə hələ ki, belə əlamət qeyd olunmalıyıb. Çünki vaksin vurulur ki, orqanizm ona cavab versin. Heç bir reaksiya vermədiyi halda, immunitetin yaranması da sual altında qalır. Çünki orqanizm hər hansı reaksiya verməlidir.

 

- Bəzi ölkələrdə vaksin olunanlar arasında ölüm halları qeydə alındığı deyilir. Bu nə dərəcədə doğrudur?

- Biz də mətbuatdan alırıq belə informasiyaları. Ölüm hadisələrinin məhz bu peyvəndlə əlaqəli olması araşdırmalar tələb edir. Çünki Avropada vaksinasiyaya cəlb olunan insanlar 80 yaşdan yuxarı olub, xroniki xəstəliyi olanlardır. Ölənlərin çoxunda ürək çatışmazlığı, beyinə qansızma kimi səbəblər qeyd olunur. Bunun peyvəndlə əlaqəli olması hələ ki, sübut olunmayıb.

 

- Bəzi məlumatlar yayıldı ki, vaksindən ölümə görə kompensasiya veriləcək. Bu iddiaların əsası varmı?

- Bu barədə bu gün rəsmi açıqlama verildi. TƏBİB rəsmiləri tərəfindən belə bir açıqlama verilməyib. Ümumiyyətlə, bu, hüquqi məsələdir. TƏBİB-in səlahiyyətləri çərçivəsində deyil və heç zaman bu mövzuya toxunmamışıq. Ölüm halı baş verərsə, səbəbindən asılı olmayaraq araşdırılacaq. Lakin bu günə qədər Azərbaycanda vaksinasiya nəticəsində ölüm halı qeydə alınmayıb.

 


Müəllif: Aysel Azad

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə