Təqvim
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb
17 yanvar 2021 - 18:13

Ulu Öndər Heydər Əliyev 1982-ci ilin yanvarın 14-də  məşhur şair, siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışını etmişdi. Həmin tədbirdə iştirak edən 21 yaşlı İlham Əliyev heç vaxt fikirləşməzdi ki, Azərbaycanın qeyrət qalası olan Şuşa 10 ildən sonra işğal olunacaq və məhz O, bu işğala son qoyaraq 39 illik fasilədən sonra, eyni gündə bu müqqəddəs şəhərə müzəffər Ordunun Ali Baş Komandan kimi geri dönəcək.  

 


Bəli, bu tarixi və şərəfli missiya məhz Prezident İlham Əliyevin taleyinə yazılmışdı. Azərbaycan xalqının tapdanmış qürurunun və  heysiyyatının dirçəltməyi, dahi şəxsiyyətlərimiz  Xan qızı - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş büstünü döğma vətənlərinə qaytarmağı, qan yaddaşımızda daşlaşmış Cıdır düzündə öz qəhrəman əsgərlərini salamlamağı yalnız Ali Baş Komandan kimi cənab  İlham Əliyev bacara bildi.

 


Qarabağ torpaqlarını, Şuşanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsinin və İlham Əliyev idarəçiliyinin yetirməsi olan Gənclər böyük qəhrəmanlıq və şücaət göstərərək  azad etdilər. Ali Baş Komandanın qətiyyətli iradəsi və “Dəmir Yumruğu” ilə əsgər və zabitlərimizin igidlyi, vətən segisi və düşmənə olan nifrəti birləşərək dünyanın hərbi ekspertlərini heyrətləndirən “Şuşanın azad olunma əməliyyatı’nı uğurla başa çatdırmağa nail oldu.

 


Cənab Prezidentin Şuşa səfəri həm də Böyük Qayıdışın Şuşadan başlayacağnın və işğal altında olan bütün torpaqların tezliklə bərpa olunacağının yeni anonsu idi. Ali Baş Komandanın revanşizm xülyalarında olan düşmənə məhz Şuşadan mesaj verməsi, onlara dəmir yumruğunu  bir daha xatırlatması həm də rəmzi məna daşıyır. Çünki, “Şuşaya sahib olan bütün Qarabağa nəzarət edir” gerçəkliyini hamı, o cümlədən ermənilər də yaxşı başa düşürlər. Yəqin ki, bu xəbərdarlıqdan sonra evlərini satışa çıxaran seperatçı meyilli ermənilərin sayı daha da artacaq.

 


Səfərdə diqqəti cəlb edən məqamlardan biri də cənab Prezidentin, hörmətli Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etməsi, eyni zamanda xristian dini məbədinə baş çəkməsidir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövlətinin tam qorunması, nəzarəti altında olacaq. Heydər Əliyev Fondu indiyə kimi yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb.  Eyni xoş tale Qarabağda olan xristian dini məbədlərini də gözləyir. Bu həm də xiristian dini altında pərdələnərək öz çirkin niyyətlərini həyata keçirmək istəyən, işğala dini münaqişə donu geyindirərək ona haqq qazandırmağa çalışan ermənilərə və onların havadarlarına Azərbaycanın tutarlı bir cavabı,  ölkəmizin  multukultural dəyərlərə nə qədər önəm verdiyinin, bütün dinlərə və millətlərə bərabər şəkildə hörmət olunduğunun bir daha nümayişi idi.

 


Eyni zamanda dövlət başçısı tərəfindən Ermənistanın bəzi islam ölkələrinin iştirakı ilə təmir-bərpa işləri adı altında Şuşadakı Yuxarı Gövhər ağa məscidinin tarixinin saxtalaşdırmasının, “Azərbaycan izi”nin silinməsinə cəhd edilməsinin, islam abidələrini təhqir etdikdən sonra müsəlman ölkələri ilə riyakarcasına dostluq əlaqələri qurmasınının sərt  tənqid olunması həmin ölkələrə həm etiraz, həm də xəbərdarlıq idi.

 

 


Əminəm ki,  Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıbdır.

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Gülağa Tənha Növbəti özül tökmə10:21, 07 fevral 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!10:13, 06 fevral 2021
Gülağa Tənha Katarsis10:06, 05 fevral 2021
Gülağa Tənha Təskinlik10:26, 02 fevral 2021
Gülağa Tənha Keçmişdən bir günü geri qaytarmaq mümkün olsaydı...10:21, 01 fevral 2021
Gülağa Tənha Olmuş hadisə və mükafat!10:15, 31 yanvar 2021
Gülağa Tənha Hənifə bulağından su içmişəm...10:13, 30 yanvar 2021
Gülağa Tənha Xəmsənin sirri10:09, 29 yanvar 2021
Gülağa Tənha Köməklik göstərməyin mənası10:02, 28 yanvar 2021
Gülağa Tənhanın Məktəbləri ziyarət etməsi10:58, 27 yanvar 2021
Gülağa Tənha Sən varsan gecəm də gündüz kimidir...10:59, 26 yanvar 2021
Gülağa Tənha Mövsümün nəbzi...10:53, 25 yanvar 2021
Gülağa Tənha “Unutma ki sənin burada Şəfiqə adlı anan var!”10:50, 24 yanvar 2021
Gülağa Tənha Şəfiqə Axundovanın 80 illik yubileyindən xatirə10:31, 23 yanvar 2021
Gülağa Tənhaya şeir həsr etdilər10:25, 22 yanvar 2021
Gülağa Tənha xeyriyyəçilik etməyinin səbəbi məlum oldu10:19, 21 yanvar 2021
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə