Təqvim
Qida məhsulları ilə təmas edərkən baş örtüyü və əlcəklərdən istifadə etməlidir
27 dekabr 2020 - 13:38

 Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə işçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır. Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, qida məhsulları ilə təmasdan öncə, çiy qida məhsulunun emalı, qablaşdırılması və satışa hazırlanmasından, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Əlcəklər çirkləndikdə və tamlığı pozulduqda, həmçinin iş növbələri arasında dəyişdirilməlidir. İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.
Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişdə əks olunub.


Metodiki göstərişdə əllərin gigiyenasına dair tövsiyələrə də yer verilib. Həmin tövsiyələr aşağıdakılardır:
Əllərinizi axar su ilə isladın və sabunu əllərinizə sürtün;
Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;
Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
Əllərinizi axar suyun altında mükəmməl durulayın;
Əllərinizi təmiz salfetlərlə qurudun;
Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.


Dırnaqların gigiyenasına gəlincə isə onlar qısa saxlanmalı və tez-tez kəsilməlidir. Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün fırça ilə) təmiz yuyulmalıdır. İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir. Dırnaqların dişlənməsi yolverilməzdir. Kutikula qatının zədələnməsi arzuolunmazdır. Çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.


Tibbi maskalardan ümumi istifadə qaydalarında qeyd olunub ki, maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır. İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir, yəni maskanın ön hissəsinə toxunmaq olmaz, o arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır. Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır.

Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır. Birdəfəlik maskalar istifadəsindən sonra tibbi tullantı kimi ləğv edilməlidir.


Metodiki göstərişdə, həmçinin işçilərin iş geyimi ilə əlaqədar gigiyenik qaydalar barəsində də məlumat yer alıb. Qaydalara görə, işə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir. İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir. Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.


Bundan əlavə metodiki göstərişdə qeyd olunub ki, iş zamanı özündə COVID-19-a spesifik olan əlamətlər - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s. hiss edən işçi dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün “103” təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edilməlidir. İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamətlər hiss edən işçi isə rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalı və tibbi xidmətin təmin olunması məqsədilə “103” təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət etməlidir. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.

 

AZƏRTAC

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə