Təqvim
“Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmışdır.
18 dekabr 2020 - 19:59

“Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmışdır. 

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycanın xalq artisti, professor, akademik Arif Cahangir oğlu Məlikova həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtay qızı Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmışdır.

Təqdim olunan kitabda bəstəkar yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir.

Kitabda dünya şöhrətli bəstəkarın yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb. Müəllif tərəfindən Arif Məlikovun fortepiano prelüdləri, pyesləri, “Ötəri anlar” silsiləsi, “Təzadlar” fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə üç romans silsiləsi, Almas İldırımın sözlərinə “Azərbaycan” balladası nəzərdən keçirilmişdir.

Nəşrin ikinci hissəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr daxil olunub.

Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürülmüşdür.

Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə