Təqvim
Cavadxan Qasımov: YENİ ÇAĞIRIŞLAR KONTEKSTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ İQTISADİ SİYASƏTİ
05 dekabr 2020 - 13:25

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universietetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru

YENİ ÇAĞIRIŞLAR KONTEKSTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ İQTISADİ SİYASƏTİ

Azərbaycan Respublikası böyük sosial-iqtisadi güclə, davamlı perspektivliliklə və uzunmüddətli prioritetlərlə müasir iqtisadi inkişaf üçün zəruri olan tədbirlərin reallaşmasını uğurla təmin etməkdədir. Qeyd etmək olar ki, müasir iqtisadi şəraitdə “yeni çağırışlar” anlayışına baxarkən aydın olur ki, bu, əsasən bir tərəfdən, ölkələrin milli iqtisadiyyatlarının inkişafı, bu əsasda dünya iqtisadiyyatına inteqrasiya və zaman-zaman rastlaşa biləcəyimiz böhranlar şəraitində iqtisadiyyatın müqavimətliliyinin artırılması məsələlərini əhatə etməkdədir. Eyni zamanda, bu anlayış, yeni yüzilliyin əvvəllərində keçid etdiyimiz iqtisadi şərait üçün zəruri ola biləcək, həmçinin, hamı üçün əlçatan olan daha güclü, daha dayanıqlı və daha etibarlı iqtisadiyyatın təsisatlarını yaratmış oldu.
Təbii ki, bütün bunların təmin olunması məqsədilə islahatların ilkin mərhələsinin başlanması fonunda təməli xalqımızın ümummilli lideri böyük Heydər Əliyev tərəfindən müəyyən olunmaqla, Naxçıvan Muxtar Respublikasından təşkilatlanan müasir iqtisadi inkişaf dinamikası mühüm əhəmiyyətə malik olmuşdur. Torpağın kəndliyə verilməsi, çoxnövlü mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, iqtisadiyyatın dövlət tənzimlənməsinin həyata keçirilməsi, bununla da, keçid iqtisadiyyatının düzgün təşkili və idarə olunmasından ibarət amillər məqsədyönlü şəkildə olmaqla, reallaşdı. Ardınca ölkə miqyasında bunun daha dinamik şəkildə davam etdirilməsi ilə qeyri-neft sektorunun təməl prinsipləri olaraq böyük aktuallıq kəsb etdi.
Qeyd edək ki, təkcə 1994-cü ildə iqtisadiyyatın kənd təsərrüfatı sahəsində problemlərin həllinə və aqrar bölmədə islahatlara dair səkkiz müşavirə keçirilmişdir. Həmin ilin dekabr ayının 9 və 10-da Azərbaycan Respublikasının Ali Sovetində Türkiyə, Çin, İsrail, İran, Rusiya və digər ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə “Aqrar islahat: problemlər və onların həlli yolları” mövzusunda keçirilən beynəlxalq konfransda elə aqrar sahədəki islahatların effektivliyini təmin etmək və bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədi nəzərdə tutulurdu. Bu, ölkədə yeni çağırışlar əsasında olmaqla, makroiqtisadi zəmində islahatların davamlılığına etibarlılıq gətirirdi. Təbii ki, aqrar sahədən başlanan bu proseslər məntiqi nəticəsinə görə elə iqtisadiyyatın digər aparıcı sahəsi olan sənayenin də güclü dayaqlarını formalaşdırmaqda idi. Onun xammal bazası olaraq kənd təsərrüfatının inkişafı aktuallığı ilə seçilirdi.
Həmin proseslərin davamlılığı və ardıcıllığı ilə növbəti mərhələlərdə şaxələndirilmiş iqtisadiyyat üçün əlverişli imkanlar yaranmış oldu. Bu məqsədlə, təbii ehtiyatların dəyərləndirilməsi və ondan milli iqtisadi quruculuq proseslərində səmərəli istifadə olunması məsələlərinə diqqət yetirildi. Nəticədə, 20 sentyabr 1994-cü il tarixdə tarixə haqlı olaraq Heydər Əliyevin neft strategiyası kimi düşən “Əsrin Müqaviləsi”nin imzalanması yeni inkişaf dinamikasının güclü bazasını yaratmış oldu. Bununla da, yeni çağırışlar əsasında Azərbaycan Respublikasının dünyaya çıxışının başlanması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, dünya bazarında Azərbaycan neftinin yerinin və rolunun təşəkkül tapması sahəsində mühüm yol qət olundu. Beləliklə, iqtisadiyyatın neft sektorunun inkişafı sahəsindəki proseslərin düzgün təşkili və idarə olunmasından ibarət olan yetkin və təminatqabiliyyətli idarəetmənin əsasları qoyuldu.
Bütün bunların fonunda sonrakı mərhələdə neft sektorunun davamlı inkişafı öz növbəsində yenidən qeyri-neft sektorunun inkişafı üçün gerçək zəmin yaratdı. Bu isə, iqtisadiyyatın şaxələndirilməsini daha doğrusu, diversifikasiyasını nəzərdə tutan, ona təminat verən proseslərin məcmusu olmaqla mühüm əhəmiyyət kesb etməkdədir.
Bu bir həqiqətdir ki, göstərilənlər iqtisadiyyatın bazar münasibətləri və qanunları zəminində davamlı inkişafına istiqamətlənməklə, əhalinin rifah göstəricilərinin artmasına hesablanmaqla, onun sosiallaşmasını qətiyyətlə təmin etmişdir. Proseslər öz məntiqi ardıcıllığı ilə davam edərək, 2009-cu ilin mart ayının 18-də keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə Konstitusiyaya 29 maddəyə 41 əlavə və dəyişiklik olunmasına şərait yaratdı. Xüsusən, İqtisadi inkşaf və dövlət adlanan 15-ci maddənin II bəndinə sosialyönümlü sözü əlavə olundu və aşağıdakı kimi təsbit olundu: Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan Respublikası milli iqtisadiyyatın uzunmüddətli perspektivləri istiqamətində daha mütərəqqi layihələrə imza atmaqla, hədəflərini və priroitetlərini reallaşdırmağa başladı. Beləliklə, Azərbaycanın qazının və neftinin dünya bazarına çıxışı sahəsində addımlar atılmış oldu. Bununla da Bakı Novorossiysk, Bakı-Supsa, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Cənubi Qafqaz Boru Kəmərinin, Cənub Qaz Dəhlizinin milli iqtisadiyyata töhfələri təmin edilmiş oldu. Burada Trans-Adriatik Boru Kəməri (TAP) ilə Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinin iqtisadi səmərəsi olduqca böyükdür.
Təbii ki, görülən tədbirlər genişmiqyaslılığı ilə seçilməklə, əldə olunan inkişaf mərhələləri baxımından dünyanın yeni çağırışları ilə də səsləşməkdə idi. Hər bir inkişaf mərhələsi yeni səhifələr açır, yeni perspektivlər yaradırdı. Bunun da nəticəsində ölkəmiz dünya iqtisadiyyatına neft və qaz sektorları ilə yanaşı, eyni zamanda, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə töhfə verməyə başladı. 30 oktyabr 2017-ci il tarixdə Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışının keçirilməsi ilə ölkəmiz daha böyük uğurların əsaslarını yaratmış oldu. Təbii ki, bu, həm də yeni ticarət imkanlarının və nəqliyyat təşkilatlanmasının elə yeni də mərhələsini başlatdı.
Neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin olunması sahəsində xüsusi idarəetmənin təşkili məqsədilə Azərbaycan Respublikası Prezidenti, ulu öndərimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis olundu.
Yeni çağırışlar mühitində qeyri-neft sektorunun inkişaf perspektivlərinin müəyyən olunması sahəsində mühüm amillərdən birini də Turizm sektoru təşkil etməkdədir. Bütün sahələrdə olduğu kimi, turizm siyasətinin idarə olunması sahəsində də məqsədyönlü tədbirlərin həyata keçirilməsində ulu öndər Heydər Əliyevin adı və siyasi fəaliyyətindən iftixarla söz aça bilərik. Belə ki, 1999-cu ildə Onun “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı Fərmanın böyük əhəmiyyətini qeyd etmək olar. Bu tənzimləmənin hüquqi bazası əsasında ölkə başçısının 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə birinci mərhələdə 2002-2005-ci illər üçün, ikinci mərhələdə isə 2010-2014-cü illər üçün nəzərdə tutulan Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramları təsdiq olunmuşdur. Bunlara əlavə olaraq qeyd edə bilərik ki, inşasına 2009-cu ilin sentyabr ayında başlanılmış “Şahdağ” Qış-Yay Turizm Kompleksinin əhəmiyyətinin artırılmasına, bu istiqamətdəki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə diqqət artırılmış və ölkə başçısının 10 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Qeyd edək ki, 6 fevral 2009-cu ildə təsdiq olunmuş “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.
Qeyri-neft sektorunun inkişafı öz növbəsində dayanıqlı və müqavimətli iqtisadiyyat üçün çox güclü əsaslar gətirmiş oldu, onu daha da şəxaləndirdi ki, burada da İnformasiya Kommunikasiya Texnologiyalarının rolu və əhəmiyyəti böyükdür. Bu sahədəki prosesləri izləyərkən aydın olur ki, dəyəri 233 milyon dolları olan Azerspace-1 8 fevral 2013-cü ildə, dəyəri 157 milyon avro olan “Azersky” peyki 2014-cü ildə və dəyəri 190 milyon ABŞ dolları olan Azerspace-2 25 sentyabr 2018-ci il tarixində uğurla orbitə buraxılmışdır. Təbii ki, bunlar ölkə iqtisadiyyatına səmərəsi ilə müşayiət olunmaqdadır. Belə ki, Azerspace-1 2019-cu ilin sonuna qədər olan məlumata görə ölkə iqtisadiyyatına 90 milyon ABŞ dolları dəyərində gəlir gətirib. Bu, “Azerspace-2” peykinin gətirdiyi gəlir üçün 400 milyon ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır. İlk peykimiz kosmik məkanda dünyanın 50-dən artıq ölkəsini özündə cəmləşdirəcək və 15 il müddətində ölkəmizə ən azı 650 mln. dollar gəlir gətirəcək.
Təbii ki, yeni çağırışlar kontekstində ölkəmizin iqtisadi siyasəti davamlı iqtisadi islahatlar fonunda milli iqtisadi inkişafın uzunmüddətli perspektivlərinə paralel olmaqla davam etməkdədir. Burada 2004-cü ildən uğurla icra olunan və hazırda dördüncü mərhələsinin reallaşmaqda olduğu regional inkişaf üzrə Dövlət proqramları, eyni zamanda, makroiqtisadi siyasətin tənzimlənməsi ilə bağlı digər sahəvi hüquqi aktlar öz aktuallığını artırmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, 6 dekabr 2016 -cı il tarixdə imzaladığı Fərmanla təsdiq olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin strateji əhəmiyyətini qeyd etmək yerinə düşər. Burada 12 istiqamət üzrə yer alan Yol Xəritələri bir tərəfdən iqtisadiyyatın dayanıqlılığına istiqamətlənibsə, digər tərəfdən, onun şaxələndirilməsinə əsaslar yaratmaqdadır. Ümumi halda isə bu, uzunmüddətli prioritetlərin əlçatanlığına dolğun təminat verməkdədir.
Göstərilən hüquqi və iqtisadi tənzimləmələrin sosial-iqtisadi və məntiqi davamı olaraq, ölkə başçısının 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə təsdiq olundu. Xüsusən:
- 21 dekabr 2011-ci il tarixli 548 №-li Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının;
- 28 dekabr 2011-ci il tarixli 1947 №-li Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkının;
- 26 fevral 2015-ci il tarixli 1077 №-li Sərəncamı ilə Mingəçevir Sənaye Parkının;
- 3 iyul 2015-ci il tarixli 1255 №-li Sərəncamı ilə Qaradağ Sənaye Parkının;
- 14 sentyabr 2016-cı il tarixli 2336 №-li Sərəncamı ilə Bakı şəhər Pirallahı Sənaye Parklarının yaradılmasını qeyd edə bilərik.
Bundan əlavə, ölkənin uzunmüddətli sənayeləşmə perspektivləri nəzərə alınaraq aşağıdakı Sənaye məhəllələrinin yaradılması sahəsində də Dövlət Başçısının müvafiq Fərman və Sərəncamları olmuşdur.
- 13 iyun 2016-cı il tarixdə 2115 №-li Sərəncamı ilə Masallı Sənaye Məhəlləsinin;
- 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə Hacıqabul Sənaye Məhəlləsinin;
- 27 noyabr 2017-ci il tarixli 3407 №-li Sərəncamı ilə isə Sabirabad Sənaye Məhəlləsinin yaradılması təmin olmuşdur.
İqtisadiyyatın sənayeləşmə səviyyəsinin yüksəldilməsi də öz məntiqi davamlılığı ilə regional səmərəliliyinə görə seçilərək məhsuldar nəticələrini ortaya qoymuş oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2019-cu il tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması təmin olunmuşdur. Fərman eyni zamanda muxtar respublikada səmərəli Sənaye Parkları və məhəllələri üçün etibarlı zəminin yaradılmasını təmin edəcək. Digər tərəfdən, Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye Məhəllələri və ya Parklarının yaradılması üçün perspektivlər böyükdür.
Təbii ki, bütün bunlar yeni çağırışların Azərbaycanın milli iqtisadiyyat üzrə perspektivlərini daha da artırmaqdadır. Və çox sevindiricidir ki, artıq bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanmasına əsaslar verən hadisələr yaşamaqdayıq. Bunlar, təbii ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımıza qovuşmanın itməz və bitməz sevincləri ilə daha da alovlanmaqda və milli iqtisadiyyatımız üçün daha qürurverici çağırışlar etməkdədir. Artıq yeni mərhələdə işğaldan azad olunan torpaqlarımız milli iqtisadi inkişafda öz sözünü deyəcəklər. Ölkəmizdə uğurla icra olunan regional inkişaf Dövlət proqramlarında 30 ilə yaxın işğal altında olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları üzrə sosial-iqtisadi inkişaf tədbirləri nəzərdə tutulmuşdur.
Çox sevindiricidir ki, artıq yeni mərhələdə bu ərazilərin abadlaşması, təhlükəsizliyi və dinamik inkişafı sahəsində tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkil olunması ümid və qürurumuzu daha da artırmaqdadır. Burada bir çox zəruri tədbirlərlə yanaşı:
- kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;
- infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;
- kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi;
- kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi;
- fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi və digər məsələlər yer almaqdadır.
Bu sırada ölkə başçısının 24 noyabr 2020 tarixli Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və həmin tarixdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncamı bu sahədə keyfiyyətcə yeni mərhələnin əsaslarını təşkil etməkdədir.
Beləliklə, ölkəmiz müasir müstəqilliyimizin artıq 30 ilə yaxın dövründə davamlı inkişafla müşayiət olunan mərhələlərini yaşamaqdadır. Bu mərhələlərdə iqtisadiyyat sosiallaşması təmin olundu ki, bununla da, əhalinin rifah göstəricilərinin daha da yüksəldilməsi, uzunmüddətli hədəflərin və prioritetlərin reallaşması üçün müəyyən olunan tədbirlər qətiyyətlə icra olunmaqddadır. Bütün bunların nəticəsi olaraq, yeni çağırışlar kontekstində Azərbaycan Respublikasının iqtisadi siyasəti özünün perspektivliliyi, şaxələndirilməsi və etibarlılığı ilə daha da mütərəqqi ideyalarla müşayiət olunmaqdadır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə