Təqvim
Biz qalibik! Məğlub düşmənimizsə heç də zəif deyildi… AZƏR HƏSRƏT yazır
01 dekabr 2020 - 18:04

Dekabrın 1-də Ermənistan 28 ildir işğal altında tutduğu Laçın rayonunu da quzu balası kimi Azərbaycana təhvil verir. Tarixi gündür. 1992-ci ilin o qarmaqarışıq may ayında qoruya bilməyib düşmənə buraxdığımız müqəddəs Vətən torpağımızın ayrılmaz bir parçası olan Laçınımız geri dönür – özünə qovuşur. Nəyin hesabına? Əlbəttə ki, Azərbaycan Ordusunun, onun Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu hesabına.
Biz hələ ki, qələbə eyforiyası yaşayırıq. Haqqımızdır. Bu qələbəni neçə-neçə dəyərli Vətən oğullarımızın qanları-canları bahasına qazanmışıq.
Qələbə bizə kiminsə tərəfindən sinidə təqdim edilməyib. Bir millət olaraq Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib, kişi kimi vuruşub, şəhid və qazi olub geri alırıq torpaqlarımızı! Ona görə də düşmən Ağdam, Kəlbəcər, indi də Laçınımızı bizə öz xoşuyla qaytarır.
Bir də ona baxaq ki, biz kiminlə vuruşmuşuq? Bəzən insanlarımız deyir ki, düşmən zəif idi, ona görə qalib gəlmişik.
Doğrudanmı müzəffər ordumuzun üzərinə yürüdüyü düşmən düşündüyümüz qədər zəif idi?
Məncə, elə deyil.
Zəif olsaydı bu qədər duruş gətirə bilməzdi. Gətiribsə, demək ki, gücü vardı. Sadəcə bizim gücümüz ondan qat-qat artıq, əzmimiz daha yüksək olduğu üçün düşmən təslim olmağı seçdi. Həm də bizim haqlı olmağımız gücümüzə güc qatdı, düşmənin haqsızlığı onu zəiflətdi.
Ermənistan bu döyüşdə, qeyd etdiyimiz kimi, zəif deyildi. Ən azından düşmənin məhv etdiyimiz və qənimət olaraq ələ keçirdiyimiz tanklarının sayına baxmaq yetərlidir ki, bunun belə olduğuna əminlik yaransın.
Hələ başqa texnika, silah-sursatı bir kənara qoysaq Ermənistan ordusunun məhv edilmiş və ya qənimət olaraq ələ keçirilmiş tanklarının sayı 300-dən artıqdır. Hələ nə qədər tankları bu savaşdan salamat qurtulub. Bu qədər tankı olan düşmən zəif hesab edilə bilərmi?
Yaxud da onların on illərdir tikib qurduğu mühəndis istehkam qurğularını xəfifə almaq olarmı?
Biz hücum edən tərəfdik və qarşımızda illərdir yerin altında qurulmuş beton şəhərlər vardı ki, yarıb keçməliydik. Belə bir müdafiə sipəri qurmağa nail olmuş düşmən zəif sayıla bilərdimi?
Bəs havadan müdafiə üçün istifadə etdiyi sistemlər? Onların da qiyməti milyonlarla dollardır və zəif olan düşmən özünə bu qədər bahalı sistemləri almağı rəva görə bilməzdi.
Yaxud, addımbaşı yerə döşənən minaları demirik. Savaş bitib, ancaq hər addımda minalara rast gəlirik. Bu minalar da pul deməkdir. İllərlə sərf edilən əmək deməkdir. Bunu düşmən edib. Bunu bacarıb. Demək ki, zəif deyilmiş. Zəif olsa bacarmazdı.
Bir də bunların yanında dünyanın ən aparıcı ölkələrindəki erməni diasporu var. O diaspor ki, ermənilərin türklərə qarşı ən çirkin iddialarını belə həvəslə maliyyələşdirir, lobbiçilik edib dünyanı üzərimizə qaldırır. Azmı görmüşük belə kampaniyaları? Azmı savaşmışıq belə kampaniyalara qarşı?
Diaspor və onun təsir imkanları da düşmənin daha bir güc gəstəricisidir. Yəni demək istədiyimiz odur ki, ermənilər bu savaşda haqsız tərəf olsalar da zəif sayılmazlar. Bir daha qeyd edirik, onların bəxti onda gətirmədi ki, Azərbaycan müharibəni ağılla apardı, gərəksiz itkilərdən çəkindi və dünya üçün örnək olacaq davranış sərgilədi.
Biz zəif deyil, güclü düşmən üzərində qələbə qazanmışıq. Bəli, məhz güclü düşmən! Elə isə necə oldu ki, bu qədər güclü bir düşməni cəmi 44 günün içində təslim aktı imzalamağa məcbur edə bildik? Bax, əsl təhlil edilməli məqam da budur.
Azərbaycan bu güclü düşmən üzərində qələbəni hər şeydən öncə Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji zəkası hesabına qazandı. Düzgün strategiyanın müəyyən edilməsi, ona uyğun taktikanın tətbiqi qəhrəman ordumuzun qələbəsinin ilk şərti oldu.
Bununla bərabər Azərbaycan Ordusunun hər bir fərdi bu savaşda ölümünə savaşdı, heç kim geri addım atmadı, fərarilik etmədi. Bizim əsgər və zabitlərimiz gülə-oynaya ölümün üzərinə getdilər, özlərini fəda edib torpaqları yağı tapdağından azad etdilər! Ali Baş Komandan, Ordu və Xalq üçlüsü əl-ələ verib çəkici bir zindana vurunca qarşımızda nəinki Ermənistanın, dünyanın belə ən güclü ordusu duruş gətirə bilməzdi! Bilmədi də!
Bu misilsiz qələbəmizin qədrini bilək! Əziz şəhidlərimizin torpağa qarışmış qızıl qanı hesabına heç də zəif sayılmayacaq məkrli düşmən üzərində qələbə çalmışıq! Bir daha deyirik: Ali Baş Komandan İlham Əliyevin strateji zəkası, onun hər bir əmrini anında yerinə yetirməyə hazır olan qəhrəman əsgər və zabitlərimiz bizi qalib xalqa çevirdi uzun bir aradan sonra!
Dədəli, Xaçmaz Azər Həsrət

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Gülağa Tənha Növbəti özül tökmə10:21, 07 fevral 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!10:13, 06 fevral 2021
Gülağa Tənha Katarsis10:06, 05 fevral 2021
Gülağa Tənha Təskinlik10:26, 02 fevral 2021
Gülağa Tənha Keçmişdən bir günü geri qaytarmaq mümkün olsaydı...10:21, 01 fevral 2021
Gülağa Tənha Olmuş hadisə və mükafat!10:15, 31 yanvar 2021
Gülağa Tənha Hənifə bulağından su içmişəm...10:13, 30 yanvar 2021
Gülağa Tənha Xəmsənin sirri10:09, 29 yanvar 2021
Gülağa Tənha Köməklik göstərməyin mənası10:02, 28 yanvar 2021
Gülağa Tənhanın Məktəbləri ziyarət etməsi10:58, 27 yanvar 2021
Gülağa Tənha Sən varsan gecəm də gündüz kimidir...10:59, 26 yanvar 2021
Gülağa Tənha Mövsümün nəbzi...10:53, 25 yanvar 2021
Gülağa Tənha “Unutma ki sənin burada Şəfiqə adlı anan var!”10:50, 24 yanvar 2021
Gülağa Tənha Şəfiqə Axundovanın 80 illik yubileyindən xatirə10:31, 23 yanvar 2021
Gülağa Tənhaya şeir həsr etdilər10:25, 22 yanvar 2021
Gülağa Tənha xeyriyyəçilik etməyinin səbəbi məlum oldu10:19, 21 yanvar 2021
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə