Təqvim
Dövlət Agentliyinin sədri GİZ-in nümayəndə heyəti ilə görüşüb - FOTO
18 noyabr 2020 - 14:02

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Almaniya  Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan ofisinin direktoru Karin Hoerhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 

Görüşdə əməkdaşlıq istiqamətləri, o cümlədən birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim Mərkəzi”, “ABAD” etno-butiki, Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olub.
 

Dövlət Agentliyi və GİZ Gəncə, Masallı və Qubada tətbiqi planlaşdırılan iki layihə üzrə əməkdaşlıq qurub. “Yerli İcra Hakimiyyətlərində ASAN Standartlarının Tətbiq Edilməsi”ni əhatə edən layihə çərçivəsində qanunverici baza, xidmətlərin elektronlaşma səviyyəsi, texniki və infrastruktur imkanlarının təhlili, yol xəritələrinin işlənməsi nəzərdə tutulur.  
 

“Yerli İcra Hakimiyyətləri Xidmətlərinin Elektronlaşdırılması” layihəsi isə aidiyyəti regionlarda rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsini, icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensiallarının hesablanmasını, əldə edilən nəticələr əsasında ən çox ehtiyac duyulan xidmətlərin elektronlaşdırılmasını əhatə edir.

    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə