Təqvim
Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulmalıdır
15 noyabr 2020 - 18:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsil düşmənçilik kimi qiymətləndirir. Bunu Ekologiya Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.


Nazirlik rəsmisinin sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir.


"Bu barbarlığa biz dünən yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, yaradılmış Əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb".


Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib.


"Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq.


Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşlllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Niderlandlı tələbələr II Qarabağ müharibəsi və onun nəticələrini öyrənirlər 13:32, 03 dekabr 2020
Polietilen torba və plastik qablar nə ilə əvəzlənəcək? - AÇIQLAMA 13:30, 03 dekabr 2020
Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 13:28, 03 dekabr 2020
Ürəyindən qəlpə yarası alan qazi əməliyyat olunub? - Özündən açıqlama 13:27, 03 dekabr 2020
Evi tərk edən koronavirus xəstələrindən ikisi öldü 13:25, 03 dekabr 2020
Yoluxma saylarını azaltmaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var 13:24, 03 dekabr 2020
Ermənilər Xankəndidə Rusiyanın hərbi bazasının yaradılmasını istəyir?! 13:22, 03 dekabr 2020
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? 13:18, 03 dekabr 2020
Gülağa Tənha GEDİRSƏN, ARXANCA GÖZÜM YAŞ TÖKÜR… (şairin öz səsi ilə)12:49, 03 dekabr 2020
Polietilen torba və plastik qablar nə ilə əvəzlənəcək? 15:43, 02 dekabr 2020
“Laçının alınma xəbərini eşitsə, atamın sevincdən səsi bata bilərdi” - Məhəbbət Kazımovun oğlu - MÜSAHİBƏ 15:41, 02 dekabr 2020
Evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanıldı -VİDEO 15:39, 02 dekabr 2020
Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq... 15:37, 02 dekabr 2020
Azadlıq meydanı parada hazırlaşır -FOTO 15:35, 02 dekabr 2020
Qələbə münasibətilə yeni orden və medallar təsis edildi - FƏRMAN 15:34, 02 dekabr 2020
Qarabağda 655 erməni hərbçinin cəsədi AŞKARLANIB 15:33, 02 dekabr 2020
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ 15:20, 02 dekabr 2020
Gülağa Tənha İgid döyüşçülərimizin hər biri əzizimizdir10:00:00, 02 dekabr 2020
ZAMİN LAÇIN: De necə çəkmisən, bu qədər dərdi... 18:21, 01 dekabr 2020
Millət vəkili Emin Hacıyev: Hərb meydanında qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi 18:19, 01 dekabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə