GƏLİRİK, YURDUM, GƏLİRİK... G Bir gözüm qan ağlayanda Sənsizlik məşəqqətini Ağrıların, əzabların Bağışla, yurdum, bağışla Qəbristan təzə yurd yeri, – Öz yurduna o dünyadan Barışarmı bizdən küsən? Dərd əlində qalıb yaxam, Sığınıb bir hicra küncə, 21.10.2020
Bir gözüm güldü, Qubadlım!
Neçə-neçə oğlun, qızın
Qürbətdə öldü, Qubadlım.
Səndən ayrılanda duyduq.
Gəlirik, yurdum, gəlirik,
Gözünü çox yolda qoyduq...
Əlindən qurtarmaq olmur...
Yanına qayıtsaq belə,
Keçmişi qaytarmaq olmur...
Olanları, keçənləri.
Yer üstündə gün görməyib,
Yer altına köçənləri.
Düşündükcə içim yanır...
Yer altından sənə sarı
Nə qədər həsrət boylanır...
Elləri kim qaytaracaq?
Torpaq olan ayaqları,
Əlləri kim qaytaracaq?
Xarı bülbül, nərgiz, süsən?
Taleyimə sənsiz əsən
Yelləri kim qaytaracaq?
Heç bilmirəm varam, yoxam?
Otuz il gözümdən axan
Selləri kim qaytaracaq?
İnləmişik, gündüz, gecə,
Ömrümüzə
sənsiz keçən
İlləri kim qaytaracaq?
Bütün hüquqlar qorunur © 2025