Təqvim
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib
13 noyabr 2020 - 16:42

 

 Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində ölkəmizin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinə məqsədyönlü şəkildə 30 mindən çox mərmi atılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə