Təqvim
Bu günün (17 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ
17 oktyabr 2020 - 13:54

MƏLUMAT  15  (20:41) 

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarılıb”

Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb.
Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.

    =======================================

MƏLUMAT  14  (20:26) 

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib”

Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

   =======================================

MƏLUMAT  13  (19:20) 

“Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib”

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edilib.

 

  =======================================

MƏLUMAT  12  (18:03) 


Youtube linki: https://youtu.be/hR32uhcyI1A 

Düşmənə məxsus növbəti zirehli texnika məhv edilib - VİDEO

 

    =======================================

MƏLUMAT  11  (17:04) 

Youtube linki: https://youtu.be/8Wh1v8s1NFQ

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib - VİDEO

 

 =======================================

MƏLUMAT  10 - (15:05) 

 Youtube linki: https://youtu.be/SIURVdfhrgA

 Düşmən mövqelərinə raket-artilleriya zərbələrinin endirilməsi - VİDEO

 

 

     =======================================

MƏLUMAT  9 - (15:27) 

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

     =======================================

MƏLUMAT  8 - (13:14) 

Youtube linki: https://youtu.be/jUB3TLnpiWY

Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edilib - VİDEO 

     =======================================

MƏLUMAT  7 - (12:14) 

Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

 

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

     =======================================

MƏLUMAT  7 - (11:50) 

Düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsi - VİDEO


 

   =======================================

MƏLUMAT  6 - (11:05)

 

Youtube linki: https://youtu.be/zlrRByVOCA4

 

 

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

     =======================================

MƏLUMAT  5 - (08:55)

Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub

 

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

     =======================================

MƏLUMAT  4 - (08:33)

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

TƏCİLİ

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

     =======================================

MƏLUMAT  3 - (03:19)

Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan növbəti dəfə yalan xəbər yayıb”

 

Ermənistan xarici işlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür.

Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.

     =======================================

MƏLUMAT  2 - (01:40)

Mingəçevir şəhəri növbəti dəfə atəşə tutulub

 

Ermənistanın silahlı qüvvələri Mingəçevir şəhərini növbəti dəfə atəşə tutub.

   =======================================

MƏLUMAT  1 - (01:20)

 Gəncə şəhəri növbəti dəfə atəşə tutulub

 

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

   =======================================

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə