Təqvim
Azər Həsrət yazır: "Qarabağ ermənilərinə status məsələsini unutmaq olar"
14 oktyabr 2020 - 16:09

Ermənilərin bu gün İrəvanda Rusiya səfirliyi önündə etiraz aksiyası keçirdiyi bəlli olub. Bir qrup erməni Rusiyadan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağı tələb edib. Düzdür, bu işlərdən anlayan ruslar da sual edir ki, Ermənistan özü Qarabağı tanıyır ki, biz də tanıyaq? Haqlı sualdır. Adama deyərlər ki, özün bacarmadığını başqasından niyə tələb edirsən?

Elə ermənilər bu tanınma məsələsini gündəmə gətirmişkən, biz də fikrimizi bildirək. Cəbhə bölgəsindəki son hadisələr Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə bağlı planlarına yenidən baxmasını zəruri edir. Bizcə elədir.

Sözümüz nədir? Deyirik ki, indiki halda Dağlıq Qarabağ erməniləri böyük hesabla bölücü və işğalçıların yanında mövqe tutmaqla Azərbaycan dövlətinə tabe olmaqdan imtina edir. Bu isə o deməkdir ki, dövlətin Konstitusiyasını və qanunlarını pozmaqla konkret cinayət əməli törədirlər. Belə olan halda dövlət də onlarla uyğun dildə danışmalı olacaq.

Yəni nə edəcəyik? Yaxud nə etməliyik?

Bizcə Azərbaycan artıq son dəfə Dağlıq Qarabağ ermənilərinə müraciət etməlidir. Ki, buyurun, mövqeyinizi dəqiqləşdirin. Ya qalıb Azərbaycan vətəndaşı kimi yaşayırsınız, ya da şələ-külənizi yığıb ölkədən gedirsiniz. Üçüncü seçənək də var: müharibənin əzablarına qatlaşırsınız.

Belə olacağı təqdirdə artıq dünya da görəcək ki, biz əzazil deyilik, adamlara şans tanıyırıq və bizimlə birlikdə yaşamaları üçün problem yoxdur.

Hə, bu arada ermənilərə muxtariyyət məsələsini də müzakirə planından çıxarmaq lazımdır. Çünki onlara bu təklif illərdir verilir, qulaqardına vurub cinayətkar bölücülük və işğalın yanında yer tuturlar. Belə olan halda onların hər hansı muxtariyyətindən söhbət gedə bilməz.

Lakin daha bir humanist təklif üzərində də işləyə bilərik. İşğal altındakı bütün torpaqları azad edirik. Ardından bütün köçkünlərimizi yurdlarına qaytarırıq. Sonra da ümumi Qarabağ vilayətini elan edirik. Buraya hazırda işğal altında olan bütün torpaqları qatırıq. Daha sonra isə orada bütün sakinlərin iştirakıyla hansısa muxtariyyət referendumu keçirmək olar.

Ümumiyyətlə isə, indiki mərhələdə danışıqlar masasında yalnız işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çəkilib getməsi məsələsi olmalıdır. Status-filan məsələləri sonrakı mərhələdir. Biz o torpaqlarda normal yaşamı bərpa edək, tikib-quraq, ondan sonra hansısa status məsələsindən danışmaq olar. Hələ bilmək olmaz, bəlkə ermənilər elə könüllü şəkildə Qarabağdan ümumiyyətlə birdəfəlik çıxıb gedəcəklər? Ona görə də status məsələsini ən azı 30 illik təxirə salmaq lazımdır.

Bir də təzminat məsələsi var. İşğaldan azad edilən yaşayış məntəqələrimizi görürük. Daşı daş üstündə qoymayıblar bu vəhşi ermənilər! Mütləq təzminat tələb edilməlidir! Özü də unutmayaq ki, o yurdlarımızı viran qoyanların bir qismi də elə Qarabağdakı “dinc” yerli ermənilərdir. Cavab verməlidirlər! 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Bakı Şəhər Halqası əməkdaşları Silahlı Qüvvələr Yardım Fonduna dəstək verib 21:52, 20 oktyabr 2020
Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub -FOTO=1421:16, 20 oktyabr 2020
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir -FOTO=1020:45, 20 oktyabr 2020
İran Ermənistanla sərhəddə daha bir hərbi texnikanı 19:40, 20 oktyabr 2020
Xəbərdarlıq: vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir 19:32, 20 oktyabr 2020
İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib16:08, 20 oktyabr 2020
38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur -FOTO15:45, 20 oktyabr 2020
Düşmənin 2 polkovniki məhv edildi 14:37, 20 oktyabr 2020
11 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur -FOTO14:30, 20 oktyabr 2020
584 nəfər koronavirusa yoluxdu 13:17, 20 oktyabr 2020
Gülağa Tənha Dünya dəyişəcək16:37, 19 oktyabr 2020
Harvard Kennedy Məktəbinin azərbaycanlı məzunları ABŞ səfirliyinə müraciət ediblər 15:22, 19 oktyabr 2020
Zərdabda 3 kəndin 4 mindən artıq əhalisinin istifadə etdiyi yol yenidən qurulub FOTO=8 15:16, 19 oktyabr 2020
“Azərişıq” ASC-nin Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri - FOTO 15:12, 19 oktyabr 2020
- PROQNOZ İşğalçı ölkə çökəcək 15:09, 19 oktyabr 2020
Qənirə Paşayeva: "Biz təhdid qarşısında birləşməliyik”. 15:06, 19 oktyabr 2020
Bu günün (19 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ 15:05, 19 oktyabr 2020
Rauf Məmmədov turnirə uğurla başlayıb İNTİQAM Məmmədov (AzpressAZ) 15:00, 19 oktyabr 2020
Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq 14:57, 19 oktyabr 2020
Gülağa Tənha Tanımasa gül əkərik bağrına...18:06, 18 oktyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə