Təqvim
Bankların faiz qazancı azaldı
10 oktyabr 2018 - 18:52

Məlum olduğu kimi, ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, qurumun tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və onun vəsaitlərindən istifadə qaydası təsdiq edilib.

"Bİ.az" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib. Məlumatda həmçinin deyilir ki, yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Endirim bankların 5% qazancının 4%-ə salınması ilə reallaşdırlıb. 

Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi 1 mln. manata qədər artırılıb.

Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradır.

Artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 mln. manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7 700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə