Təqvim
“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin... Üzeyir Cəfərov araşdırır
26 sentyabr 2020 - 15:54

Düşmən ədalətli sülhdən uzaqlaşdıqca öz vahim aqibətinə daha da yaxınlaşır
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videofor­matda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana növbəti hücum planlarını növbəti dəfə ifşa etdi. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəszidir. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana sanksiyalar tətbiqinə çağırması, mövzuya mü­nasibətdə yeni bir səhifənin də açıldığını göstərir və düşmənin ədalətli sülhdən uzaqlaşdıqca öz vahim aqibətinə daha da yaxınlaşdığını ifadə edir.
Heç kəsə sirr deyil ki bizim respublika da daxil olmaqla, dünya birliyinin diqqəti bu ilin əvvəllərindən qlobal pandemiya ilə mübarizəyə, avqustun əvvəlindən isə Livanın paytaxtı Beyrutdakı dəhşətli partlayışın fəsadlarının aradan qaldırılmasına, digər cari qlobal və regional məsələlərə yönəlib. Belə bir ortamda, hiyləgər Ermənistan hakimiyyəti mövcud durum(lar)dan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdədir. O məkr və hiylə özünü konkret halda nələrdə göstərir? Nə baş verir? –

 

-Azərbaycanın işğal edilmiş ərazilərində qanunusz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülür;
-Qanunusz infrastruktur layihələr həyata keçirili, o cümlədən işğalçı ölkədən işğal altındakı Azərbaycan torpaqlarına iznsiz yollar çəkilir;
- Ermənistan işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərə dayalı milli-mədəni irsini məhv edib, dəyişdirir, “erməniləşdirir”;
- İşğl bölgəsindəki toponimlər əsassız şəkildə dəyişdirilir;
- Azərbaycan Respublikasına məxsus təbii sərvətlər qeyri-qanuni istismar edilir;
- Ermənistan müxtəlif ölkələrdən olan muzdluları, o cümlədən əliqanlı terrorçuları (ASALA, PKK mənsublarını) Qarabağa (eləcə də, dövlət sərhəddinə) cəlb edir; onları Azərbaycana qarşı, o cümlədən mülki əhaliyə qarşı əməliyyatlarda istifadə edir;
-Dağlıq Qarabağdakı terrorçu və qondarma rejim başçısının Gəncəni bombalamaqla bağlı sərsəm açıqlaması, Ermənistanda səfərbərlik elan edilməsi, yeni silahlanma siyasətinin yürü­dülməsi və b. danılmaz faktlar, müşahidə edilən əlamətlər Ermənistanın yeni – daha böyük müharibəyə başlamaq niyyətində olmasının xəbərçisidir.


Əlbəttə, işğalçı Ermənistan və havadarlarının qanunsuz əməllərinin siyahısını uzatmaq da olar, lakin bu bəndlər belə, hazırkı durumu təsvir etmək üçün bəs edər. Cənab Prezidentin BMT Baş Assambleyasında səsləndirdiyi, bizim də istinad etdiyimiz fikirlər dünya birliyinin, sülhyaratma mandatı daşıyanların dərindən düşünməsi üçün artıqlaması ilə yetərlidir. Əgər ikilistandartlar, dünya nizamına, dünyavi ədalətə biganə yanaşma yoxdursa, ilk növbədə və təxirəsalınmadan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri yerinə yetirilməlidir. Prezidentin vurğuladığı kimi, BMT qətnamələrinin icra ilə bağlı vaxt məhdudiyyəti yoxdur və təbii ki, buğun də qüvvədədir. Bəs planetdəki ən böyük qurum olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin bu qədər uzun zaman içində icra olunmaması, habelə təhrifinə cəhd edilməsi, BMT rəhbərliyini, ümumən tərəqqipərvər insanları rahatsız etmirmi?! – Etmirsə, bu qəbuledil­məzdir və çox pis presedent yaradır. Uzun illərdir bizim yaşadıqlarımızı – üzləşdiyimiz ədalətsizliyi başqa ölkələrin, xalqların da yaşamayacağına heç kəs zəmanət verə bilməz! O zaman bəşəriyyətə necə bir gələcək vəd olunur? Dünya nizamına məsul şəxslər, qurum və qurululuşlar bundan əndişə keçirməzsə, bu heyrət doğuracaq dərəcədə dəhşətli perspektiv – daha doğrusu, perspektivsizlik cızacaq!
Cənab Prezidentin vurğuladığı kimi, “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”. Demək ki, gecikmədən “Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır”.
Burada diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycanın dövlət başçısı yalnız problemləri demir, eyni zamanda çıxış yollarını göstərir. Dövlət başçısının nitqində Azərbaycanın üzləşdiyi ədalətsizlik yalnız bizim problem kimi şərh olunmur, haqlı olaraq, regionu, dünyanı təhdid edən hal kimi təhlil edilir. Göstərilir ki, bugün bizim yaşadıqlarımız sabah-birisigün daha fərqli formalarda başqa regionlarda da özünü göstərə bilər, arta bilər.
Cənab Prezidentin bu yanaşması digər məsələlər münasibətdə də özünü göstərir. Məsələn, COVİD-19 infeksiyası ilə qlobal mübarizəyə dair Azərbaycanın töhfələrinin də, beynəlxalq ictimaiyyəti məsələlərə hərtərəfli baxmağa sövq edəcəyini düşünürəm.
Azərbaycanın koronovirusla mübarizədə qabaqcıl mövqeyi BMT-nin bir strukturu olan ÜST tərəfindən təqdir edilib; Azərbaycan Prezidentinin sədri olduğu iki beynəlxalq qurum – Türk Şurası və Qoşulmama Hərəkatının bu mövzuda beynəlxalq diqqət görmüş örnək konfransları keçirilib, o konfranslarda yaddaqalan müzakirələr gedib, tədbirlər alınıb. Azərbaycan dövləti ÜST-ə ianələr edib, 30 dövlətə yardım göstərib və s. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın dövlət başçısı BMT Baş Assambleyasında, necə deyərlər, real işlərə, konkret addımlara əsaslanan fikirlər söyləyib. Və əgər beynəlxalq ictimaiyyət koronovirusla qlobal mübazirəyə ciddi töhfələr vermiş Azərbaycanla, bu planda əli çatan, ünü yetən hər kəsdən irili-xırdalı yardımlar dilənən, koronovirusun cövlan etdiyi Ermənistanın müqayisəsini aparmalı olacaqlarsa, bir zəhmət düşünsünlər: həmin “yazıq Ermənistan” növbəti işğal planlarını hansı bazislə, hansı məntiqlə yürüdür? Əgər pulu, imkanı varsa, niyə onu əmin-amanlığa, əhalinin sağlamlığına yönəltmir? – Niyə o vəsait və imkanları qlobal təhdidə qarşı deyil, günahsız qan axıtmağa, başqasının torpağını işğal etməyə yönəldir?! Belə bir zehniyyətsiz dövlət özbaşına buraxıla bilərmi? Belə başıpozuq ölkə qarşısında öz torpaqlarını müdafiə edən Azərbaycana tam, birmənalı beynəlxalq dəstək verilməli deyilmi? Özü də, bu planda 27 il öncədən qəbul edilmiş BMT qətnamələri mövcudkən...
Məsələnin başqa bir tərəfi də var: Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlanmaya milyardlarla dollar xərcləmək “baqajı”na malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gəlməliyik; ağır sosial-iqtisadi durumda olan, bölgənin “dalan dövləti” kimi heç bir inkişaf perspektivi olmayan Ermənistanın milyardlarla dollar məbləğində silah-sürsatı necə əldə etməsi BMT orqanlarını, beynəlxalq ictimaiyyəti dərindən düşündürməlidir.
Yuxarıda da vurğuladığımız kimi, işğalçıya “Dur!” deyilməsi üçün təxirəsalınmadan müvafiq addımlar atılmalıdr. O cümlədən:


-İşğal altında olan Azərbaycan torpaqlarının təbii sərvətlərinin (qızıl yataqları, meşələr, mineral ehtiyatlar və s.-nin) Ermənistan tərəfindən qanunsuz istismarı durdurulmalı; bu qanunsuz prosesdə iştirak edən xarici şirkətlərin bank hesablarına həbs qoyulmalı, digər sanksiyalar tətbiq edilməlidir;
-Bu kontekstdə ATƏT-in faktaraşdırıcı missiyası təşkil olunmaldır;
-BMT və Ermənistanın üzv olduğu digər qurumlar səviyyəsində bu ölkəyə, öz tədris proqramları vasitəsi ilə yeniyetmə və gənclərdə Azərbaycan xalqına nifrət aşılanması pislənməlidir;


-Bir sözlə, Ermənistanın məqsədinin işğalla bağlı cari “status-kvo”nu qorumaq və işğal edilmiş ərazilərin ilhaqını gerçəkləşdirmək olduğu dünya birliyi tərəfindən bilinməli və tədbir görül­məlidir. Bəli, Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını faş etdi, BMT-ni, bütün beynəlxalq ictimaiyyət təmsil­çilərini Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə - Er­mənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.
Dünya bu çağırışlara qulaq verməlidir və Azərbaycan bu çağırışın gerçəkçi nəticəsini çox gözləməli deyil... Azərbaycan ədalətli münasibəti haqq edir! 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə