Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb. Bİ.az xəbər verir ki, bu barədə “World Economic Outlook”un hesabatında deyilir. Proqnozlara əsasən, 2018-ci il üçün Azərbaycanda inflyasiya 3,5 faiz, 2019-cu ildə 3,3 faiz, 2023-cü ildə 3 faiz təşkil edəcək. Azərbaycanda inflyasiya MDB regionunda ən aşağı səviyyədə olub. Qeyd edək ki, aprel ayında BVF Azərbaycanda inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-cu ildə 6 faiz, 2023-cü ildə 4 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı.
Bütün hüquqlar qorunur © 2024