Təqvim
“İçərişəhər”DTMQ İdarəsi tərəfindən “Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib - FOTO
04 sentyabr 2020 - 13:45

İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunan konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək idi.
 


Konfransda Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, YUNESKO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ICCROM), Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri iştirak edirdilər.



İlk olaraq rəsmi açılış nitqi ilə çıxış edən “İçərişəhər” DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən keçən 20 il ərzində Qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpa, restavrasiya və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verdi. Sədr, son illər (pandemiya dövrü daxil olmaqla) Bakı Xanlarının Evi Kompleksi, Yeraltı hamam, habelə, digər abidələrdə aparılan bərpa, konservasiya və restavrasiya işləri, İdarənın pandemiya dövründə virtual, onlayn fəaliyyəti haqqında, post-pandemiya dövrü üçün əsas inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadəsindən bəhs edən məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırdı.


Sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ölkəmizdə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışdı.


Konfransda, həmçinin, OWHC təşkilatının prezidenti və Krakov şəhərinin meri cənab Jacek Majchrowskinin İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə video təbrik mesajı səsləndirildi.


Sonda müxtəlif məruzələrlə çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə