Təqvim
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirildi
01 sentyabr 2020 - 21:00

Yaxın vaxtlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında” 155 nömrəli Konvensiyasının da ölkəmiz tərəfindən ratifikasiyası gözlənilir. Əmək qanunvericiliyində BƏT yanaşmalarına uyğun olaraq və həm işçilərin, həm işəgötürənlərin mənafelərinə xidmət edən bir çox dəyişikliklər də ediləcək.


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev Komissiyanın növbəti iclasında bildirib.


Üçtərəfli Komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil olunur.


Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeni Qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının  daha dolğun təminatına xidmət edir


BƏT-in Rəhbər Orqanının üzvü olan ölkəmizin ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulduğunu deyən S.Babayev ratifikasiyası nəzərdə tutulan Konvensiyanın da  əməyin təhlükəsizliyinin təminatına yönəldiyini qeyd edib. Yaradılacaq Əməyin Mühafizəsi Mərkəzinin də bu sahədə mühüm töhfə verəcəyini bildirib.


İclasın gündəliyindəki məsələlərə dair çıxışlar edilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib,  Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib.   


“Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun və “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi,  BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə olunub.


Həmin məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə