Təqvim
AKİF AĞAYEV: CƏNNƏTDƏ QIRXINCI GÜN
28 avqust 2020 - 18:08

Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayansoydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
***
“Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq”.
Şəhid Anar Novruzov.

Avqustun 22-də, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlunun vəfatının 40-cı günü idi.
Qeyd edək ki, iyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib, Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri,Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər tərəfindən şəhidin məzarı ziyarət olundu, xatirəsi anıldı, məzarı üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Ziyarət zamanı koronavirusa qarşı zəruri profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır, müvafiq qoruyucu tibbi vasitələr paylanırdı.
Eyni qaydada ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə səhər saatlarından başlayaraq mərhələli şəkildə ziyarətdə iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə, yaxınlarına başsağlığı verdi. Şəhidin ailəsi də öz növbəsində onlara göstərilən diqqət və Qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq etdilər.



AND YERİNƏ DÖNƏN TORPAQ

Hər qırmızı qərənfildə al qanı var şəhidlərin,
Yaz qoxulu, yaz ətirli gül ələnir məzarına.
Hər sabahın şəfəqində nur payı var şəhidlərin –
Zərrəsindən alov saçır, nur çilənir məzarına...

 

40 gün əvvəl on minlərlə masallılının 178-ci şəhidini gül-çiçəklə, üçrəngli bayraqlarla qarşılamağa toplaşdığı – Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzovun boya-başa çatdığı Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsindəyəm. Şəhidin yaşadığı evə gəlmişəm. Darvazanın yanında, hasarın kənarında abadlıq aparılmış kiçik bir ərazi diqqətimi çəkir. Məlumatlanıram ki, burada igid eloğlumuzun ruhuna hörmət əlaməti olaraq guşə yaradılacaq, Rəssamlıq Akademiyasının tələbələri Akşin və Müstəqil Ağayev qardaşlarının hazırladıqları şəhidin büstü qoyulacaq. Qürurverici, alqışalayiqtəşəbbüsdür. Sanki bu an ürəyimdən kövrək bir hiss baş qaldırır: Anar hər birimizin qəlbində öz əbədi heykəlini ucaltdı. O,qanı ilə xoş sabahlara köklənən istəkləri, ümidləri cücərtdi…
Həyətə daxil oluram. Şəhidin qardaşları Sücayət və Hidayət, oğlu Nihad, qohumu Subhan Şiriyev və digər yaxınları ilə görüşürəm. Ailə üzvlərinə başsağlığı verir, belə ağır gündə onları narahat etdiyimə görə üzr istəyirəm.
Öyrənirəm ki, Novruzovlar ailəsində 10 uşaq böyüyüb – 3 oğul, 7 qız. Zəhmətsevər ailənin başçısı Gülverdi kişi (1932-2004)uzun müddət rayonda bərbər kimi çalışıb. Qəhrəman ana Firuzə xanım (1936-2017) isə evdar qadın olub. Sücayət, Hidayət,Anar, Nəfisə və Sevanə ali təhsilə yiyələniblər. Hamısı ev-eşik, ailə sahibidir...
Gəlişimin məqsədini bildirirəm. Razılıqdan sonra Nihad mənə bələdçilik edir. Onunla birgə evə qalxıb şəhid atasının şəxsiəşyaları toplanan otağına baxırıq. Masanın üzərinə səliqə ilə yığılmış sənədləri, təltifləri, qalaq-qalaq şəkilləri diqqətlənəzərdən keçirirəm. Bir daha əmin oluram ki, əsl həqiqətdə Anar Novruzov gələcək nəsillərə - vətənpərvər, dövlətinə vəxalqına sadiq gənclərimizə örnək, müqəddəs və şərəfli həyat yoluna sahib qəhrəmanlarımızdandır.
O, 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adınakənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı NeftTexnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaqniyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Apreldöyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub.Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirininmüavini vəzifəsinə kimi yüksəlib. Şəkillərdən aydın görünür ki, hündür boylu, sağlam bədənli Anar sanki hərb üçündoğulub. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarcadüşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçıdüşmənlərin kabusuna çevrilib. Özünün dediyi kimi, ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənəpul mükafatı da ayırıbmışlar.
Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətinməqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II,III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə,ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqda yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib. Amma ən dəyərli ölümləmükafatlanan Anar kimi Azərbaycanımızın qəhrəmanlıq tarixini yazanların keçdiyi şərəfli yol ümidlə, həsrətlə yaşayandoğmalarına təsəllidir, desək yanılmarıq.
2003-cü ildə ailə həyatı qurub. Toy mağarına “Vağzalı” musiqisi əvəzinə “Azərbaycan əsgəri” marşının sədaları altında daxilolub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb. Bilmirəm, təsadüfmü, yoxsa ... Anarın şəhid olmasının 40-cı günü həyatyoldaşı Nazilənin, 3 gün sonrakı tarix isə şəhidin toy günü tarixi idi.
“Çətinlik də, xoş günlər də görmüşük. Deyib-gülən, zarafatcıl idi. Onunçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borcdururdu. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə
qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicəalmadan döyüşə qatıldı.” -deyərək, Nazilə xanım kövrəlir.
Bir müddət keçdikdən sonra əlavə edir: -Xidmətilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımızüçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da
sonradan bildik.
Çox zaman məzuniyyətə gələndə qəsəbədəki Şəhidlər xiyabanına, ya da məhəllə qəbiristanlığına gedər, haqq dünyasınaqovuşanları ziyarət edərdi. Son dəfə, 26 iyun Silahlı Qüvvələr günündə evə gələndə isə Aprel döyüşləri zamanı şəhidlik
zirvəsinə ucalan kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kəndindəki məzarınıziyarətə getdi. Şəkil də çəkdirmişdi.
Otağa bir neçə nəfər daxil olur. Anar haqqında nəsə deyəcəkləri var, deyə, düşünürəm və yanılmıram da.
-Mənə ilk hərbi geyimi dayım alıb. Hərb sənətini seçməyimizlə fəxr edərdi. Bu gün biz onunla fəxr edirik. Mayor AnarNovruzov ölməyib, o, yenə də xidmətdədir. Bu xidməti biz davam etdiririk,-deyə, Səbirə qürurla ifadə edir.
Afaq onun fikrini tamamlayır: “Hər dəfə bizə gələndə süfrə arxasında dua edib deyərdi ki, Allah köməyimiz olsun, qətiyyətlimövqedə duran Prezidentimizi qorusun, Ali Baş Komandanımız tezliklə döyüş əmri versin, dövlətimizin qüdrətini, xalqımızınbirliyini işğalçı düşmənə layiqincə nümayiş etdirək, torpaqlarımızı geri qaytaraq.”
Məmmədova bacıları deyir ki, Nazilə hər zaman dayımıza mənəvi dayaq olub. Ona görə də Anar həmişə evdən, uşaqlardanarxayın olub. O da ailəsinə heç vaxt güldən ağır söz deməyib.
Söhbətə şəhidin digər bacısı qızı Könül Qənbərova davam edir: – Hazırda müəllim işləməyimə baxmayaraq vaxtilə mən dəhərbçi olmaq istəyirdim. Dayımın timsalında bu sənətə marağım artmışdı. Lakin boyumun qısalığı bu istəyimə nöqtəqoydu... Anar dayım uzun müddət hərb sahəsində uğurlu fəaliyyəti ərzində qazandığı dost-tanışdan öz şəxsi məqsədinaminə yararlanmağı sevməz, özünü digər insanlardan fərqləndirməyi xoşlamazdı. Amma ailənin sosial problemləri heçdə az deyildi. Hətta nə vaxtsa bunu ona qınaq edərkən cavabında deyib ki, vaxt gələcək elə bir evə sahib olacağam ki, hərkəs onun kölgəsinə yığışacaq.
Hidayət müəllimin oğlu Ramal onun sözünə təkan verir: ”Təhsil aldığı illərdə, xidmət etdiyi müddətdə, həmişə başımızı ucaedib əmim. Bu gün də həmçinin. Mən və iki bibim qızı Anarın davamçılarıyıq, hər üçümüz hərbçiyik. Düşmənlərimiz də bilir:Gec-tez şəhidlərimizin qisasını alacağıq!”
...İndi hər kəs şəhidin ömür-gün yoldaşı Nazilə xanıma təskinlik verməyə çalışır. Lakin bütün bunlara rəğmən onun sızlayanqəlbini ovutmaq elə də asan deyil. İndi Novruzovların yaralarını sağalda biləcək yalnız bir təskinlik var – Anar Vətən yolundaşəhid olub, ən uca zirvəyə ucalıb.
Bəli, bu Anarın taleyidir. Müharibə dövrü olmasına, 25 ildən artıq xidmət etməsinə baxmayaraq o döyüş meydanından geriçəkilmədi. İrəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları daatalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı Nihad hərbi-həkim, onbirinci sinif şagirdi Firuzə isə isə polis olmaqistəyir.
Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığındadüşməndən intiqamını aldı.
Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütünazərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.
Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər birərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub,müqəddəslikzirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...

AKİF AĞAYEV,
MASALLI.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə