Təqvim
Teymur Rəcəbov daha bir turnirə dəvət alıb (AZpressAZ) İNTİQAM Məmmədov
26 avqust 2020 - 17:44

"Sent-Luis" şahmat klubunun təşkilatçılığı ilə 11-13 sentyabr aralığında "Fişer şahmatı" uğrunda onlayn turnir keçiriləcək. Qeyd edək ki, 10 qrossmeysterin iştirakı gözlənilən tunirdə həmyerlimiz Teymur Rəcəbov da çıxış edəcək. O, turnirdə hazırki dünya çempionu Maqnus Karlsen (Norveç), iddiaçılar turnirinin iştirakşısı Fabiano Karuana, Uesli So, Lenyer Dominqes ( hamısı ABŞ), fransalı Maksim Vaşye-Laqrav, Petr Svidler (Rusiya), Alireza Firuca (İran) və şahmat tarixinə sayca 13-cü dünya çempionu kimi düşən Harri Kasparovla qarşılaşmalı olacaq. İştirakçılar blits, rapid və "Fişer şahmatı" (klassik şahmata bənzəyir) üzrə yarışacaqlar. Maraqlıdır ki, "Fişer şahmatı"məz bu 11 qat dünya çempionu adını daşıyan şahmatçının oyun üslubunda keçiriləcək. Yrei gəlmişkən, bir məqamı da xatırladaq ki, Rəcəbov Kasparovla son dəfə düz 17 il şncə Linaresdə qarşılaşıblar. O zaman 15 qaşı olan Teymur dünya çempionunu məğlub etmişdi. Elə həmin (2003) şahmatçımız daha iki dünya çempionunu - Vişvanatan Anand və Ruslan Ponomaryevi də mat qoymuşdu.
Qeyd edək ki, heyətində Rəcəbovun da yer aldığı Azərbaycan yığması 28-29 aqust günlərinda şahmat üzrə onlayn-Olimpidanın 1\4 finalından mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə