Təqvim
Yığmamız Olimpiadada qrup liderliyini əldən verərək 5-ci pilləyə düşüb (AZpressAZ) İNTİQAM Məmmədov
23 avqust 2020 - 16:25

Azərbzycan yığması da daxil olmaqla dünyanın 40 ən yaxşı komandasının iştirakı ilə şahmat üzrə keçirilən onlayn-Olimpiada davam edir. Olimpiadanın ilk günündə olduğu kimi ikinci gündə də 3 tur oynanıb. Təəsüflər olsun ki, ilk gündə keçidiyi bütün oyunları qələbə ilə başa vuraraq qrupun ("B") vahid liderinə çevirilən yığmamız ikinci gün eyni uğuru təkrarlaya bilməyib. Keçirdiri 3 oyundan yalnız birində qalib gələn yığmamız nəticədə liderliyini də itirərək birbaşa 5-ci pilləyə yuvarlanıb. Günün ilk matçında Ukrayna komandasına 2,5:3,5 hesabla uduzan yığmamız ikinci oyunda Slovakiyanı darmadağın (5:1) etsə də üçüncü oyunda Qazaxıstanla bacarmayıb - 2,5:3,5. Bu gün yenə də diqqət çəkən məqamlardan biri yığmamızın liderlərinin çıxışı olub. Dünən ilk turda məğlub olandan sonra qalan iki oyuna qatılmayan Şəhriyar Məmmədyarov bu gün qatıldığı hər üç qarşılaşmada rəqibini üstələyib. Ondan fərqli olaraq, yarışların ilk günü keçirdiyi hər iki oyunu udan Teymur Rəcəbov isə bu gün qatıldığı hər iki oyunda rəqiblə sülh bağlayıb.
6 turdan sonra Azərbaycanın yer aldığı "B" qrupunda komandaların vəziyyəti belədir: Macarıstan - 10 xal, Ukrayna, Qazaxıstan, İspaniya - hərəyə 9 xal, Azərbaycan - 8 xal, Slovakiya - 6 xal, Hollandiya - 5 xal, Norveç, Fransa - hərəyə 2 xal, CAR - 0 xal.
Qeyd: Reqlamentə görə qrupları (4 qrup) lider kimi başa vuran komandalar birbaşa 1\4 finala çıxacaq. Qruplarda 2-3-cü yerləri tutanlar isə mübarizəni pley-offdan davam etdirəcəklər.
İNTİQAM Məmmədov 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə