Təqvim
Gülağa Tənha "Mən Allah adamıyam" kitabının təqdimat mərasimi (II hissə)
30 avqust 2020 - 13:50

Azərbaycan Respublikasının xalq artisti Laləzar Mustafayevaya xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” adlı kitabının təqdimat mərasimində ikinci şeiri səsləndirməsini təqdim edirik. Ətraflı video linkdə...

 

 

Gülağa Tənha "ODLAR DİYARI"



Sənə and içərək çıxmışıq yola,
Hər igid övladın – alınmaz qala.
Sabahlar açarıq zəfərlər ilə,
Qoymarıq üstünü buludlar ala.
Əlini sıxdıqca haqq-ədalətin,
Çıxdın axırına qəmin, möhnətin.
Babək, Cavanşirdi, Nəbi, Həzidi
sənin oğulların – qəhrəman, mətin.
Sən ana olmusan od ürəklərə,
Sən beşik olmusan saf diləklərə.
Sənə toxunammaz düşmən ayağı,
Yad əli dəyəmməz tər çiçəklərə.
Dünyada əvəzsiz varımsan, Vətən!
Mənim namusumsan, arımsan, Vətən!
Səsin göy üzündən enən deyildir,
«Cəngi»yə köklənmiş tarımsan, Vətən!
Kəlamı fəth edib düşüncələri,
Nizami – dünyanın söz xiridarı…
Sən yoxsan – biz yoxuq,
sən varsan – varıq,
Anam Azərbaycan, Odlar diyarı!

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə