Təqvim
Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib
05 avqust 2020 - 18:58

Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq kecirilib.
 

"Bakı" Alman–Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı türk və digər icmaların üzvləri də iştirak ediblər. Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər. Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
 

Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq" və sair şüarlar səsləndirilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə