Təqvim
Azərbaycan səfiri İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Ermənistanın dezinformasiyalarını ifşa edib
02 avqust 2020 - 20:04

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın nüfuzlu və geniş oxucu kütləsi olan “İl Messaggero” qəzetinin redaksiyasına Ermənistan tərəfindən yayılan dezinformasiyalarla bağlı göndərdiyi məktub qəzetin çap versiyasında dərc olunub.
Məktubunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək məqsədilə diplomat qeyd edib: “30 ildir Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini hərbi cəhətdən işğal edib. Bu işğal həmin ərazilərdəki azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə gətirib çıxarıb. Son günlər baş verənlər bu işğalın davamı və erməni tərəfinin törətdiyi cinayətlərə görə cəzalandırılmamasının birbaşa nəticələrdir”.
Diplomat qeyd edib ki, bu dəfə Ermənistanın hücumları işğal olunmuş ərazilərdə yox, ondan şimal istiqamətdə, Azərbaycanın Tovuz rayonunda, mülki əhalinin daha sıx şəkildə məskunlaşdığı ərazidə baş verib. Azərbaycan tərəfindən qarşısı alınmış bu hərbi avantürada Ermənistanın əsas etibarilə bu məqsədlər güddüyünü bildirib: “COVİD-19 pandemiyası ilə daha da ağırlaşmış, ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmaq, yeni ərazilər zəbt etmək, münaqişəyə üçüncü tərəfləri, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək, İtaliyaya təbii qazı tədarük edəcək Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın və Xəzər dənizinin enerji ehtiyatlarının qərb ölkələrinə və dünya bazarlarına daşınması və Şərqlə Qərbi birləşdirən dəmir yolu və avtomagistral yolundan ibarət bütöv bir infrastrukturun ürəyi olan Azərbaycan ərazisinə birbaşa hücum etmək”.
Diplomat Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarının Azərbaycan qazının Avropaya tədarükündən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını bildirib.
Ermənistanın Metsamor atom elektrik stansiyası ilə bağlı yaydığı məlumatlara gəlincə diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadən Ermənistanın bilərəkdən Metsamor məsələsini tamaşaya çevirdiyini, Azərbaycanın heç bir strateji kritik obyektləri hədəf almaq niyyətinin olmadığını, Metsamor stansiyasının köhnəlmiş texnologiyaya əsaslandığı üçün bölgəyə ciddi təhlükə yaratdığı və radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyini deyib. Diplomat vurğulayıb ki, əslində elə Ermənistan özü Azərbaycanın neft və qaz strukturları ilə birlikdə kritik obyektlərini, o cümlədən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf alacağını bəyan edib.
Diplomat Dağlıq Qarabağ münaqişəsinin Ermənistan tərəfinin tez-tez göstərməyə çalışdığı kimi dini yox, ərazi münaqişəsi olduğunu bildirərək yazısını bu fikirlərlə tamamlayıb: “Papa Fransis qlobal sülhə çağırış etmək üçün fikir bildirib və Ermənistan da bu çağırışa əməl etməli, bunun üçün də ilk növbədə onilliklərdir ki məhəl qoymadığı çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq öz qoşunlarını bizim ərazilərimizdən çıxartmağa başlamalıdır”. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə