Təqvim
Gülağa Tənha "Vətən" Heyratı zərb muğamı
25 iyul 2020 - 14:01

Yağış suları ilə bəhrələnənlər dövründə susuzluqdan Şamanın hüzuruna gəlib ondan kömək istəyirlər. Şaman bildirir ki, yerdə yağış suları üçün çəlləklər qazın. Əhali: axı, xeyli vaxtdır yağış yağmır, nədən yerləri qazaq ki ?! - deyirlər. Şaman bir daha təkrar edir: əlinizə bel götürüb, torpağı, yağış yağacağına inanaraq, qazın! – deyir.

Bu gün xalqımız üçün ən önəmli olan zəfərlərə, işıqlı gələcəyə inamıdır. Qanında azərbaycanlı qanı axan hər bir vətəndaşımız rifah içində yaşamağa layiq deyilmidir?!... Belə məqamlarda, dadımıza çatanlardan biri, ruhdan düşmədən daim nikbin, yüksək əhval-ruhiyyə yaradan zəngin  improvizələrə malik olan “Heyrati” zərb muğamımızdır...

 

Canveten.az – saytı xeyriyyəçi – şair Gülağa Tənhanın “Heyratı” üzərində səslənən “Vətən” muğamını təqdim edir.

 

Söz:  Gülağa Tənha

ifa: Əməkdar artist Zeynəb Behbudova

 

 

VƏTƏN

 
Vətən, sənə qurban olum,
Havam, suyum, çörəyimsən.
Yenə sənə düşdü yolum,
Sən həmişə gərəyimsən.
Sənə bağlıdı hər sözüm,
Ölüncə kül olmaz közüm.
Duyan qəlbim, görən gözüm,
Vuran qolum, biləyimsən.
Sən mənim dövlətim, varım,
Gül-çiçəkli bir baharım.
Sevgin axan şah damarım,
Sən döyünən ürəyimsən.

Dekabr, 2000

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 

hazırladı: Ağa Məhəmməd Aman

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə