Təqvim
Gülağa Tənha "Oğullar Vətənə oğul olmasa"
19 iyul 2020 - 15:00:00

Söz vaxtını çəkər, bu şeir 1992 - ci ilin yay aylarında yazılmışdır. Dünən redaksiya tərəfindən seçilərək, paylaşılan şeirlərin içində “Vətənə oğul olaq” şeirin tarixçəsini xüsusi qeyd etmək istədik. Azərbaycanın görkəmli, Xalq şairi Bəxtiyar Vahabzadə bu şeiri oxuyaraq yüksək qiymətləndirmişdir. Televiziya kanalların birində şeirin müəllifi Gülağa Tənha həmin görüş haqqında xatirələrini bölüşür. Məhz bu qiymətləndirmədən sonra xeyriyyəçi-şair Gülağa Tənhanın yaradıcılığında yeni mərhələ başlayı. Şeirin yaranma təəssuratı isə gələcəkdə müəllifin xüsusi müsahibələrində tanış olabilərsiniz. İlindən məlum olur ki, şeir Qarabağ müharibəsinin  qızğın döyüşləri gedən vaxtı yazılmışdır... İndi isə yuxarıda qeyd olunan video görüntüləri video link bölməsində izləyə bilərsiniz.

 

 

 

VƏTƏNƏ OĞUL OLAQ

 


Hərə öz evinin qayğısındadı,
Hərə öz qəhrini çəkir il boyu.
Gecədən səhərə dərd əmizdirir,
Ömrünə qəm-kədər əkir il boyu.
Sağ gözdən sol gözə işıq düşməsə,
Sağ göz də itirər nurunu bir gün.
Onsuz da dünyanın bəxti qaradı,
Dönər qaranlığa dünya büsbütün.
Yaxşı oğul ömrü xalqa həsr edər,
Özünə xərcləməz öz gəncliyini.
Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər vətənliyini.
Gəlin, qayğımızla, əməlimizlə,
Silək o gözlərdən axan yaşları.
Səxavət cənnətin bir açarıdır,
Məmməd Araz demiş, Vətən daşları!


Gülağa Tənha, 1992-ci il.

 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенх

                              

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə