Təqvim
“Prezidentə dedi ki, Ramiz Mehdiyev mətbuatda məndən yazdırır” Siyavuş Novruzov köhnə YAP-çıları “vurdu”:
04 iyul 2020 - 15:52

“Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya onun deputat seçilməsinə mane olmuşuq. Mən parlamentə üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orda niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin, başqasını ittiham etməyə nə var ki”.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Unikal.org”a müsahibəsində deyib.
S.Novruzov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayevə cavabını belə davam etdirib:
“Öz marağı təmin olunmayanda seçkinin üzərinə kölgə salır. Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə çəkilib kənarda duracam”.
O, sabiq səhiyyə naziri Əli İnsanovla bağlı da danışıb:
“Əli İnsanov bir zamanlar YAP-ın sütunlarından sayılırdı” fikrinə münasibət bildirən S.Novruzov bunu rədd edib
“Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Asllaverdiyev, Hacıbala Abıtalıbov, Asya Manafova bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da…
... Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam.
S.Novruzov Əli İnsanovun vaxtilə vəzifəsindən könüllü istefa vermək istədiyi barədə iddialarını da rədd edib:
“Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsləni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova, Əli Əhmədov və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm.
İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram". modern.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə