Təqvim
COVİD-19 hamiləliyə necə təsir edir? mama-ginekoloq Təranə Bayramovanın məsləhəti
15 iyun 2020 - 15:40

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.f.d.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında koronavirus COVİD-19 infeksiyasının hamiləliyə təsiri barədə sualı cavablandırıb.

- Doktor, yeni tip koronavirus infeksiyası COVİD-19 hamiləliyə necə təsir edir?

Çinin Vuhan şəhərində başlanan və dünyada milyonlarla insanı yoluxduran yeni növ koronavirus infeksiyası COVİD-19, hamilə qadınlara da öz mənfi təsirini göstərməkdədir. Hamiləlik dövrü qadınlar üçün çox həssas və stressli bir dövrdür, beləki analar özləri və körpələrinin yoluxmasından çox narahatdır. Bu müddətdə hamilə qadınlar aylıq tibbi müayinələrinə davam etməli, gigiyenik və təmizlik qaydalarına yüksək səviyyədə riayət etməli, stress və narahatlıqlardan uzaq olmalıdırlar.

Yeni tip koronavirus infeksiyası COVİD-19 əsasən hərarətin olması, öskürək və təngnəfəslik kimi simptomlarla özünü göstərir. Dünyada virusa qarşı hər hansı bir vasitə, peyvənd icad olunmadığı üçün insan həyatını təhlükə altına alan Covid-19-dan qorunmaq çox vacibdir. Ümumilikdə bu xəstəliklə yoluxan insanların 80 faizi xəstəliyi simptomlar olmadan keçirir, bu isə güclü immun sistemi ilə izah olunur. Xəstəlikdən qorunmaq və yoluxmamaq üçün kontakt səthlər azaldılmalı, maskaların taxılması və düzgün istifadəsi, əllərin təmiz yuyulması və dezinfeksiya olunması və sosial məsafənin saxlanılması kimi tədbirlərə əməl olunmalıdır. Müşahidələr və təcrübə göstərmişdir ki, hamiləlik zamanı COVİD-19-la yoluxma hallarına daha az rast gəlinir. Pandemiya prosesi ümumilikdə həddən artıq həssaslıq və stress yaratmaqla hamilə qadınlara psixoloji olaraq mənfi təsir göstərməkdədir

Bu səbəbdən hamilə qadınlarda yuxu saatları düzgün təyin olunmalı, qidalanmaya diqqət edilməli və fiziki hərəkət məhdudlaşdırılmamalıdır. Stress və hədsiz həssaslıq immun sistemini sarsıdan amillərdəndir. Xüsusilə hamilə qadınlar xəstəlikdən özlərini daha çox qorumalı, panikadan uzaq olmalıdır.

Hamiləlik dövründə qadınlarda ağciyər tutumunun azalması və ürəyin iş yükünün artması ilə əlaqədar fizioloji dəyişiklik baş verir. Buna görə də hamilə qadınlarda respirator infeksion xəstəliklər daha ağır seyr edə bilər. Lakin yoluxmuş hamilə qadının hər hansı bir xroniki xəstəliyi olmadıqda COVID-19 infeksiyasının təzahürü və gedişatı yaş qrupu ilə müqayisədə o qədər də ağır keçmir. Xəstəliyin müalicəsində istifadə olunan dərmanlar C kateqoriyasına aiddir, dölə və körpəyə təsir etmir, həmçinin xəstəxanalarda COVİD-19 müalicəsi üçün istifadə edilən dərmanlar hamilə qadınlarda malyariya və revmatoloji xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.

Yoluxmuş hamilə qadınlarla aparılan tədqiqat işləri nəticələrinə əsasən məlum olmuşdur ki, COVID-19 olan hamilə qadınların müalicə nəticələri, hamilə olmayanlara uyğundur. Hamilələrin 60%-ində dölün bərndaxili hipoksiyası səbəbiylə vaxtından əvvəl doğum gerçəkləşmişdir, tədqiqat qrupuna daxil olan ana və körpələrdə ölüm halları qeyd olunmamış, yenidoğulmuşlarda isə virus aşkarlanmamışdır. Nəticə etibarilə əsas risk faktoru hamiləlik deyil, digər yanaşı xəstəliklər hesab olunmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqəli doğuşların cərrahi yolla sonlandırılmasına dair heç bir təklif verilməmişdir. Hər hansı bir tibbi göstəriş olmadığı təqdirdə, tənəffüs fiziologiyasına daha az təsir göstərməsi, ana və

yenidoğulmuşların sağlamlığına müsbət təsir etməsi və xəstəxanada qalma müddətinin qısa olmasına görə normal doğuşa üstünlük verilməsi vacib hesab olunmaqdadır. Zahılıq dövründə südvermə əks göstəriş hesab olunmur. Yenidoğulmuşların ana südü qidalandırılması immun sisteminin möhkəmlənməsinə səbəb olan əsas amillərdəndir.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə