Təqvim
Gömrükçülərin növbəti uğurlu əməliyyatı 545 kiloqram 105 qram heroin aşkar edilib (FOTO, VİDEO)
03 iyun 2020 - 14:06

Azərbaycan gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyatını həyata keçirib.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Ukrayna Respublikasının Xarkov şəhərinə "yemiş" yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz" markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən "yemiş" yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan "yemiş" yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.

Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan "yemişlərin" altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə