Təqvim
Gülağa Tənhanın "Dünya" haqqında şeirləri
12 iyun 2020 - 12:19

11 iyul 2020 - ci il tarixində yayımlanan videoçarx üçün hazırlanan anonsda xeyriyyəçi-şair Gülağa Tənhanın "Dünya" haqqında yazdığı bir neçə şeirin olduğunu qeyd etmişdik. Canveten.az-saytı şairin  seçilmiş əsərlərindən ibarət 10 cildlik kitablarının II cildində yer alan həmin şeirlərin bir neçəsini təqdim edir!

 

Şeirlər


DÜNYA


Demə balasızam…
Ağrıma belə,
Bu sevgi sənin öz balandı, dünya.
Gördü ki, bir ayrı əlacı yoxdu,
Sevdamın başına dolandı dünya.
Mənə çatmağıydı qərəzi-qəsdi,
Özü öz əliylə yolunu kəsdi.
Ürəyi uçundu, əlləri əsdi,
Həsrətin əlində talandı dünya.
Qədərdən bu yana yol görməyəndə,
Yollara boylanan gül görməyəndə,
Kərəmlə yanaşı kül görməyəndə,
Qüssədən saralıb-solandı dünya…
Moskva, 1989

 

DÜNYA
 

Nahaq düşdüm Xan Kərəmin yoluna,
Çox dolaşdım ellərini dünyanın.
Sən deyənə boyun əyməz bu gərdiş,
Oxşamasan tellərini dünyanın.
Əzizlədik, qədrimizi bilmədi,
Möhnətini ömrümüzdən silmədi.
Ha yalvardım, gülmədi ki, gülmədi,
Dərəmmədim güllərini dünyanın.
Sevgim məni zaman-zaman sınadı,
Anlamazlar ürəyimi qınadı.
Yollarımız ayrı səmtə, yanadı,
Kimlər salıb yollarını dünyanın?
Ay Gülağa, ud bu dərdi, bu qəmi,
Sənə qaldı məhəbbətin sitəmi.
Fəryadınla yandırırsan aləmi,
Şərbət bilmə illərini dünyanın.
Noyabr, 1995
 


DÜNYA
 

Pəncərə dəmirdən, qapı dəmirdən,
Budur, çörək gəlir içi xəmirdən.
Sanki ləzzət alır belə əmrdən,
Saxlamaz öləni sərsəri dünya.
Yer beton, göy beton, hər tərəf beton,
Adamlar tər tökür istidən ton-ton.
Kiminin əynində qalmayıb heç don,
Bükür qoşa-qoşa dizləri dünya.
Kimi çay axtarır, kim isə çörək,
Kimi nəşə gəzir, kim isə xörək,
Hərənin öz dərdi özünə gərək,
Hərənin min dərdi, min səri dünya.
İgid oğulların yedin başını,
Məğrur anaların tökdün yaşını.
Qoymazdıq daş üstə qala daşını,
Əfsus, yaranmışıq köçəri, dünya.
Əfqanıstan, 20 may, 1980


 

DÜNYA
 

Yadıma düşəndə cavanlıq dəmi,
Qəlbimə yığılır dünyanın qəmi.
Həyat bir dənizdir, mən tənha gəmi,
Üzdüm gah irəli, gah geri, dünya!
Allah dərgahına tutub üzümü,
Göylərə qaldırdım özüm-özümü.
Sən də insaf elə, kəsmə sözümü,
Dua eyləyirəm bəşəri, dünya!
Göylərə baxıram duman içində,
Daş üstə yatıram al-qan içində,
Vətən həsrətilə hicran içində,
Çəkir imtahana bizləri dünya!
Kimə sevinc verdin, kimə göz yaşı,
Kimə kədər verdin, kimə daş-qaşı,
Gülağa qəm çəkir, ağarır başı,
Vətənin qoynunda yox yeri, dünya!
Sənin o məkrinə, şərinə lənət,
Sənin bu cəhənnəm yerinə lənət.
Namərd ölmüşünə, dirinə lənət,
Diddin caynağında mərdləri, dünya!
Məzari – Şərif, 26 iyun, 1980

 

 

«DÜNYA»NI OXU
Gənclik dosdum, xalq artisti Niyaməddin Musayevə
 

Oxudun, səsində çırpındı istək,
Mənim ürəyimə qan əvəziydi.
Ruh olub göylərdə uçunan səsin,
Ömür əvəziydi – can əvəziydi.
Dünyanı qınağa tutan şairin
Səsini görürdüm sənin səsində.
Oxudun, qəlbimə axdı qara qan,
Sıxıldım bir duyğu məngənəsində.
Oxudun, «heç kimin olan dünyanın»,
Halına ağlayan göz olduq, qardaş,
Şəhriyar demişkən, yalan dünyanın,
Ömrünə yanası köz olduq, qardaş.
Dünyanın mayası belə tutulub,
Yaxşını yamandan seçən az olub.
Qurduğu körpüdən min-min illərdi
Adlayan az olub, keçən az olub.
Yuxuya dalmışıq, ömür-gün keçir,
Nə vaxt tutasıdı yuxu dünyanı?!..
Səsin yatanları oyatdı bəlkə,
Aləm oxuyursan, oxu «Dünya»nı.
Moskva, dekabr, 1982
 


DÜNYA ÖZ İŞİNDƏDİ
Dədə Qorquda
 

Sən görən dünya hanı?–
Dünya yaman dəyişib.
Üzüdönük dünyadan
Ömür uman dəyişib.
Ümid can hayındadı,
Arzu – güman dəyişib.
Dəyişik düşüb, Dədə,
Dünyanın qeyrət camı.
Göz görə, 
könül sevə,
Hardadı heyrət camı?!
Dünya dəyişdiyindən
Sanki dəyişib hamı!
Bir vaxtlar bu millətin
Sözü qılıncdan iti
Ahılları var idi,
Qılıncından qan daman
Oğulları var idi,
Ağ atlı oğlanların
Ömrünə beşik olan
Nağılları var idi.
Əyyam necə dəyişdi.
Dədə, gündüz dəyişdi,
Bir kimsə duyammadı,
Yoxsa gecə dəyişdi?..
 
İndi,
Keçəl Həmzələr
Kürsüyə dirsəklənib
Yalan üyüdür indi.
İçində özü boyda
Şeytan böyüdür indi.
Tamah dişindən sızan
Qan – millətin qanıdı.
Ucaltdığı sarayın
Suvağına qatdığı
Məmləkətin qanıdı…
Hanı, iti kəlməli
Ahıllar hanı, Dədə?!
Şərin kökünü kəsən
Oğullar hanı, Dədə?!
Şirin təsəlli kimi
Şirin yuxuma dolan 
Nağıllar hanı, Dədə?!..
…Yel əsər, karvan keçər,
O şər-xata salammaz
Dünyanı gözümüzdən.
İman yiyəsi kimi
Dönməsək sözümüzdən.
Dünya yormuş Dədəsən,
Bunu da deyim sənə:
Dünyanı tapşırmışıq,
Dünyanın yiyəsinə!
18 may, 2005
 

 

  #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə