Təqvim
BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib
02 iyun 2020 - 18:22

İyunun 2-də Bakı Dövlət Universitetində (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan moderator, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova dünyanı təəccübləndirməkdə davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün ölkədə aparılan qətiyyətli tədbirlərlə bağlı məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən dekan Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

Moderator Ş.Məmmədova statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.

Daha sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Mətanət Mehdiyeva  “Ekoloji  terror”, Fiziki Coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov “Müasir coğrafi tədqiqatlara gənclərin cəlb edilməsi”, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Post-pandemiya dövründə Azərbaycanın sosial, iqtisadi, regional inkişaf problemləri”, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Coşğun Eldarov “Terrorizmin Coğrafiyası”, II kurs tələbəsi Fidan Əlizadə “Dünyada baş verən meşə yanğınları”, III kurs tələbəsi Ləman Məmmədova “Alternativ və bərpaolunan enerji növləri, onlardan istifadə”, Azərbaycan Turizm və Menecment Universitetinin magistrantı Akif Kosayev “Macəra turizminin inkişaf perspektivləri” mövzularında ətraflı çıxış ediblər.

Məruzələrdə ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsi, regionların sosial-iqtisadi inkişafı, müasir iqtisadi-coğrafi tədqiqatların əsas istiqamətləri, ekoloji bəlaların qarşısının alınması, iqtisadiyyata zərər verə biləcək təsirlər, milli iqtisadiyyat və aqrar sənayenin inkişaf problemləri, təhlükəsizliyi ciddi təhdid edən terrorizm və onu doğuran səbəblər, sosial-siyasi terrorizm, meşə yanğınlarının əsas baş vermə səbəbləri, meşə yanğınlarının meşə təsərrüfatına vurduğu ziyanlar, bərpaolunan enerji növləri, külək enerjisi, günəş enerjisi, macəra turizm bazaları, macəra turizm anlayışı, onun mahiyyəti və xüsusiyyətlərindən geniş bəhs olunub.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Gülağa Tənha Bu gün Leyla Əliyevanın doğum günüdür!14:18, 03 iyul 2020
Gülağa Tənha 2 iyul 17:00, 02 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir: Əməkdar artist Elza Seyidcahan14:00, 01 iyul 2020
Gülağa Tənha " Tənhanın öz dərdi var ! " ifa: Xalq artisti İlham Əsgərov18:00, 30 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir Xalq artisti Canəli Əkbərov13:00, 29 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" müsabiqə (anons və I hissə)14:13, 28 iyun 2020
Gülağa Tənha Sevgi şeirlərindən seçmələr...15:00, 27 iyun 2020
Gülağa Tənha 26 iyun15:00, 26 iyun 2020
Gülağa Tənha qardaşoğlu üçün sifariş etdiyi maşın...17:00, 25 iyun 2020
Bu gün “Dənizçi Günü” peşə bayramı qeyd edilir 16:57, 25 iyun 2020
Kapital Bank kartların müddətini uzatdı 16:55, 25 iyun 2020
8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik 16:54, 25 iyun 2020
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir 16:53, 25 iyun 2020
Xaricdə təhsil almış gənclər Azərbaycan Tələbə və Məzunlar Platformasını yaradır. 16:51, 25 iyun 2020
Özbək dilində Azərbaycan ədəbiyyatı nəzəriyyəsi çapdan çıxıb. 16:49, 25 iyun 2020
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətlərinin məlumat16:47, 25 iyun 2020
BMA-nın elmi-tədqiqat laboratoriyası növbəti onlayn elmi seminar keçirimişdir. 16:44, 25 iyun 2020
Yük avtomobillərində dərman preparatları və mobil telefonlar aşkar edildi 16:00, 24 iyun 2020
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb 15:59, 24 iyun 2020
Bakıətrafı qəsəbələrdə içməli su təchizatı 15:58, 24 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə