Təqvim
Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınıb
22 may 2020 - 12:47

Məlum olduğu kimi, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Son günlər vergi xidmətinə işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə çoxsaylı suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, işə qəbulla bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib və namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər. İlkin olaraq, müsabiqənin cari ilin aprel ayının sonunadək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə də müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.        

Ölkə rəhbərliyi tərəfindən prosesə çevik reaksiya verilməsi və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində pandemiya ilə bağlı ölkədəki vəziyyət nəzarət altına alınsa da, təhlükənin böyüməməsi üçün bu gün də sosial izolyasiya tədbirlərinə əməl etmək əsas şərtlərdən biri olaraq qalır. Bu baxımdan, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş tövsiyə və məhdudiyyətləri nəzərə alaraq, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin keçirilməsi Dövlət İmtahan Mərkəzi ilə aparılmış müzakirələr nəticəsində qeyri-müəyyən müddətə təxirə salınıb və bu barədə Dövlət Vergi Xidmətinin internet səhifəsində məlumat yerləşdirilib.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərə müraciət edərək bildirib ki, narahatçılığa heç bir əsas yoxdur, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə