Təqvim
Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib
18 may 2020 - 15:47

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkə Prezidenti İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. Qeyd olunub ki, bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Əbdürrəhim bəy Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. O, yaradıcılıq dövründə pyes, hekayə, məqalə və xatirə yazıb, rus və dünya ədəbiyyatından tərcümələr edib, eyni zamanda səhnəmiz üçün dram əsərləri yazıb.
İsmayıl Hacıyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun yaradıcılığına verilən dəyərdi.
Onlayn konfransda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, ədibin zəngin yaradıcılıq fəaliyyəti bundan sonra da öyrəniləcək.
Daha sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu”, istitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Bədii nəsrimizin tarixində Əbdürrəhim bəy Haqverdiyevin mövqeyi”, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Naxçıvan səhnəsində” və Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Əbdürrəhim bəy Haqverdiyev əsərlərinin bədii dil və üslub xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Sosial şəbəkələrdə paylaş:
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə