Təqvim
Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib
14 may 2020 - 17:53

Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz rayonunda intensiv meyvə baxına baxış keçirib. Bildirilib ki, 24 hektarlıq sahədə yeni intensiv bağ salınıb. Bununla da albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 76 hektara çatdırılıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisini, həm də su məsrəfinin qarşısını alır.

Daha sonra nazir İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına baş çəkib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetişdirilir.

Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib. Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. “Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.
Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsititutuna, “Fermer evi”nə, II Nügədi ərazisində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər bildiriblər ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırıb.

Kənd Təsərrüfatı naziri jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlər görülür. Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün Xaçmaz və Quba rayonlarında təsərrüfatlara, kənd təsərrüfatı infrastrukturuna baxış keçirdik. Bildiyiniz kimi, Quba-Xaçmaz iqtisadi rayonu tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb və kənd təsərrüfatı məhsllarının ixracında bu rayonların payı böyükdür. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yoxdur”.

Nazir qeyd edib ki, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha başqa ölkəyə çıxıb getməsinin sirrini açıqladı15:00, 05 avqust 2020
Gülağa Tənha və qoca15:00, 04 avqust 2020
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri 20:30, 03 avqust 2020
Göbələklər müasir dünyada 20:29, 03 avqust 2020
Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatının pərdəarxasını açıqladı 20:27, 03 avqust 2020
PXTM yeni layihəyə start verdi. Hörmətli vətəndaşlar! 20:26, 03 avqust 2020
Gələcəyimizi yaşatmaq üçün keçmişimizi unutmamalıyıq! 20:24, 03 avqust 2020
Avqustun 5-dən bəzi məhdudiyyətlər aradan qalxır 20:22, 03 avqust 2020
Gülağa Tənha Ekspromt hədiyyə15:44, 03 avqust 2020
Günəş təbəssümlü ustadımız: Nəzmiyyə xanım Abbaszadə (yubiley düşüncələri) -FOTO=3 20:17, 02 avqust 2020
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradılıb -FOTO=3 20:13, 02 avqust 2020
Hikmət Hacıyevin Ermənistanın 12 iyul hərbi təxribatı ilə bağlı Rusiyanın «Национальная оборона» jurnalına verdiyi müsahibə 20:12, 02 avqust 2020
"Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır 20:10, 02 avqust 2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək - VİDEO 20:08, 02 avqust 2020
Azərbaycan səfiri İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Ermənistanın dezinformasiyalarını ifşa edib 20:04, 02 avqust 2020
Gülağa Tənha no comment17:30, 02 avqust 2020
AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir - FOTO 21:10, 01 avqust 2020
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir - FOTO 21:05, 01 avqust 2020
Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib - VİDEO 21:02, 01 avqust 2020
Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb - FOTO 21:00, 01 avqust 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə