Təqvim
Antiyaşlanma mümkündürmü?
23 aprel 2020 - 13:34

Əbədi gənclik əsrlərdir ki, insanların arzusunda olduğu bir qayğıdır. Bəs yaşlanma prosesinin qarşısını ala bilsək nə baş verər?
1850-ci illərdə ABŞ-da orta ömür müddəti 40 yaş hesab olunurdu. İndi isə bir amerikalı ən az 78 il yaşayır.
Son tibbi tədqiqatlar, insan həyatını daha da uzadacaq vədlərlə zəngindir. Bəs bu yeni tibb necə təsir göstərər və cəmiyyət üçün nəticələri necə ola bilər?
"Logan-ın qaçışı" və "Soylent Green" kimi filmlərdə, gələcəkdə dünyada artan əhali sayı və bunun qarşısını almaq üçün atılan kəskin addımlarla bağlı səhnələr canlandırılıb.
Əhali artımına qarşı ciddi nəzarət ehtiyacı, təkcə ekranlaşdırılmış ssenarilərdə qarşımıza çıxmır. 1970-ci illərdə əhali sayının son dərəcə artması nəticəsində Çin Bir-Uşaq Siyasəti yürütməyə başlamışdı.
Adam fikirləşə bilər ki, uzunömürlü cəmiyyətlər həm də əhali sayı artıq olan cəmiyyət deməkdir, amma reallıq başqadır.
Əhali artımı ölüm yox, doğum göstəriciləri ilə müəyyən edilir.
"Qısa müddətdə, ölüm sayı azaldıqca, əhali sayı artır," Southampton Universitetindən Əhali Dəyişimi Mərkəzinin direktoru professor Jane Falkingham deyir.
"Uzun müddətdə isə buna səbəb, ölümdən daha çox artımdır."
Siçanlar üzərində aparılan son klinik təcrübələr göstərib ki, ilk dəfə 1957-ci ildə tətbiq olunmağa başlayan metformin dərmanı verilən diabetli heyvanlar, diabeti olmayanlardan daha uzun yaşayırlar.
Zənn edilir ki, metformin təkcə ikinci dərəcəli diabetə yox, həm də yaşlanmaya qarşı təsirli ola bilər.
Bəzi mümkün dərman müalicələri var k, yaşlanmanın qarşısını almaqla yanaşı, yaşlanma təsirlərinə də əks-təsir göstərə bilər.
Vampirsayağı səslənsə də, yaşlı insanlara gənc donorlardan qan köçürülməsi prosesində bir fayda sezilib.
Qanın həyatverici xüsusiyyəti ilk dəfə 1615-ci ildə alman həkimi Andreas Libavius tərəfindən irəli sürülüb.
O, yaşlı kişi ilə gənc kişinin arteriyalarını birləşdirməyin mümkünlüyündən söz edirdi.
Libavius əmin idi ki, bu uğurlu alınacaq və 2005-ci ildə aparılan bəzi sınaqlar ideyanın bir ümid vəd etdiyini üzə çıxardı.
Belə ki, yaşlı siçanlar gənc qan vurulduqda daha sağlam olduqları halda, qoca qanı vurulan gənc siçanlar daha pis nəticə göstərmişdilər.
Fəqət, qan köçürülməsinin daşıdığı ciyər zədələnməsi və infeksiya risklərini nəzərdən qaçırmamaq lazımdır.
Yenə də bu qədər mübahisəli olmayan və laboratoriya testlərində effektiv nəticə verən müalicələr mövcuddur.
Bölünərək yeni hüceyrələr yarada bilməyən yaşlı hüceyrələr Foxo4-DRİ inyeksiyası vasitəsilə siçanlardan götürülüb və onlar daha uzun ömür yaşayıblar.
Bu maddə, hüceyrələrin bölünməsini dayandıran normal prosesə müdaxilə edir.
Həmin siçanlar artıq 30 aylıqdırlar. Bu isə 100 insan ilinə bərabərdir. Onlar hələ də aktivdirlər və bu da təsirin müvəqqəti olmadığını sübut edir.
"Əgər istənilməyən və təmiri mümkünsüz zədəli yaşlı hüceyrələri hədəfləmisinizsə, iynə ömrü uzatmaqla yanaşı, həmin hüceyrənin sağlamlığını da bərpa edə bilər," Erasmus Universiteti Tibb Mərkəzinin Molekulyar Genetika Şöbəsindən Peter de Keizer izah edir.
"Bu hüceyrələri hədəfə almaqla yaşlanmanı gecikdirmək olar. Eləcə də müəyyən dərəcədə onun qarşısını almaq olar."
Bu arada Google-ın ana şirkəti Alphabet-in bölməsi olan Calico, qabaqcıl texnologiyalardan istifadə edərək ömür müddətini idarə edən biologiyanı öyrənmək niyyətindədir.
Onlar bu bilikdən yararlanaraq insanların daha uzun və sağlam ömür sürməsi üçün üsullar müəyyənləşdirə biləcəklərini düşünürlər.
Bəs bu üsulların radikal inkişaf edən həyata təsiri necə olar?
İnsanların uzun ömür yaşaması ilə bağlı bir məsələ, 21-ci əsrin ən böyük problemlərindən biri olan əhali artımıdır.
2015-ci ildə İngiltərə və Uelsdə bir anaya düşən uşaq sayı 1.8 olub.
Cəmiyyətin daha təhsilli və sağlamlığın daha yaxşı inkişaf etmiş olduğunu nəzərə alsaq, ailələr üçün bioloji əhəmiyyət kəsb edən çoxuşaqlılıq artıq gərəkli deyil.
Bundan başqa, qadınlar üçün doğuş yaşı 30.3-ə qalxıb və uşaq istəməyən qadınların sayı getdikcə artır.
Burada etik səbəblər də rol oynayır. Hər kəs üçün müalicə əlçatan deyil. Biz böyük sosial bərabərsizlik dünyasında yaşayırıq.
"Nayrobinin kasıb bir kəndində doğulan uşaqla Londonun mərkəzində doğulan uşağın həyatdakı imkanları tamamilə fərqlidir," Falkingham deyir.
Dünyada indiyə qədər ən uzun ömürlü kimi qeydə alınan şəxs Fransadan Jeanne Calmet olub - 122 il (1875-1997).
O dövrdən bu yana səhiyyə sistemi dayanmadan inkişaf etsə də, həmin həddən artığı hələ qeydə alınmayıb.
Amma görünür ki, müəyyən yaşa çatdıqdan sonra, orqanizm genetik olaraq ölmək üçün hazır vəziyyətə gəlir.
"2016-cı ildə dərc olunan bir məqalədə insanların 120 ildən artıq yaşaya bilməyəcəyi iddia edilirdi," de Keizer deyir.
Amma fərqli düşünənlər də var.
SENS Fondunda professor Aubrey De Grey inanır ki, insanın ömür müddəti dramatik şəkildə dəyişərək 1000 yaşa çata bilər.
"Çoxları onunla eyni qənaətdə deyil," Falkingham vurğulayır.
Bir çox yaşlı insanlar xərçəng, ürək xəstəlikləri, demensiya və başqa xəstəliklərdən əziyyət çəkir. Hazırkı tibbi araşdırmaların əksəriyyəti uzunömürlülük yox, sağlam şəkildə daha uzun yaşamağa köklənib və bu da əbədilik axtarışını ləngidir.
"Cavanlaşma müalicələri adətən yaşlanmanın fiziki göstəricilərinə ünvanlanmış olur və Altsaymer xəstəliyi və demensiya kimi əqli və nevroloji elementlərə köklənmir. Bununla belə, demensiya xəstəliyi ilə bağlı müraciətlərin sayı azalıb.
Uzun və sağlam ömrün başqa bir aspekti də, həyatlarımızı müəyyən edən şeyin xronoloji yaş ardıcıllığı olmamasıdır.
İlk övladını 40 yaşında dünyaya gətirən və 40 yaşında nənə olan qadınlar buna bariz misaldır.
Görünür ki, bu qadınların yeganə ortaq cəhəti yaşlarıdır.
Uzun ömrə rəğmən, əksəriyyətimiz üçün 20 və 30 yaşlar demoqrafik baxımdan daha sıxdır. Belə ki, bir çoxumuz bu yaşlarda karyera qurmağa başlayır və övlad sahibi oluruq.
"Biz, orta ömür həddini uzatsaq da, bioloji vaxtı dəyişmirik," Falkingham deyir.
"Qadınların dünyaya uşaq gətirdiyi yaş hələ də 20 və 30-lu yaşlar kimi qalır."
Yaşlanmanın qarşısını almaq üçün müalicələr də çox bahalıdır.
Foxo4-DRİ inyeksiyası insanlar üçün nəzərdə tutulsa da, 10 milliqramı təxminən bir neçə min avro dəyərindədir.
Bəs qan köçürülməsi? Bunun üçün də təchizat məhduddur - donorların sayı azdır.
Təchizata tələbatın artması, qara bazarda gənclərin qan verməyə məcbur edilməsinə səbəb ola bilər.
Bununla yanaşı, süni plazma satışının artması təhlükəsi də var.
İnsan yaşlanmasının qarşısını tam almaq üçün tibbin daha da irəliləməsi gərəkdir.
Bundan başqa, etik, mədəni və sosioloji problemlər yaşlanmanı dayandırmaqla bağlı mövzunun hər yerdə müzakirəyə çıxarılmayacağı deməkdir.
bbc.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, RAYON + ŞƏHƏR
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə